
İsrailin müdafiə naziri Yoav Qalant türkiyəli həmkarı Yaşar Gülərlə telefonla danışıb.
London news xəbər verir ki, bu barədə Y.Qalant tviterdə yazıb.
O bildirib ki, tərəflər qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.
Y.Qalant qeyd edib ki, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ümumi strateji maraqlara xidmət edir: “Bu əməkdaşlıq Yaxın Şərqdə sabitliyə töhfə verəcək”.
Xatırladaq ki, bu, Y.Gülərin Türkiyənin milli müdafiə naziri təyin olunmasından sonra Y.Qalantla ilk telefon danışığıdır.