
İtaliyanın “Yuventus” klubu Lukakunun transferi üçün “Çelsi” ilə anlaşıb.
London news “Corriere dello Sport”a istinadla xəbər verir ki, Turin təmsilçisi Romelu Lukakunun transferi üçün İngiltərə “Çelsi”si ilə razılıq əldə edib.
“Qoca sinyora” 30 yaşlı hücumçu üçün 40 milyon avro ödəyəcək. “Yuventus” belçikalı forvardla 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Romelu Lukaku ötən mövsüm icarə əsasında İtaliyanın “İnter” komandasında çıxış edib. O, 37 oyunda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.