
Tərtər faciəsinin acı dəhşətlərindən altı il iki ay keçir, bir neçə yazılarım olub ancaq bu olanlar saxtalaşdırılmasın deyə gündəlik yazılarım olacaq. 2017_ ci ilin iyun yoxsa iyul ayında şokdan tam ayılmamış nə baş verdiyin ( bu gün keçmişə baxanda belə görünür) bilmirdim bir gün bacı kimi oldugum bir nəfər ( vaxt gələcək bu insanıda tanıyacaqsınız) mənə zəng etdi qısa yazıram dedi niyə oturmusan Elçinə vətən xaini adı verəcəklər mən dəli kimi dedim nə vətən xaini sən nə danışırsan????? Dedi səndən hər şeyi gizdədirlər ( bilənlər bilir kənddən kənar yerdə yaşayırdıq) əgər araşdırmasan oglun haqda məlumatları baş prokrorluga çatdırmasan Elçinə vətən xaini damgasın yapışdıracaqlar……mən nə edim bilmirdim həmin günün ( keçirtdiyim hissləri yaza bilmirəm ) səhıri həkimə gedirəm adı ilə evdən çıxdım əvvəlcə Tərtər hərbi prokroru Fuad Məmmədov idi ora getdim məni pis qarşılamadı dedi: araşdırırıq düzü nədi onu deyəcəyik mənsə dedim eşitmişəm vətən xaini söhbəti gedir ogul mənimdi səhfi varsa mən cavab verəcəyəm ancaq agını qaralamayın….. Anda verdim Qurana balalarının canına mənə dedi ana sənə söz verirəm mən sənin oglunun agını qaralamayacagam və dediyi kimidə etdi o mənə cavab vermıdi qısa yazıram cavabı mənə xanlar vəliyevin müavini şəfaət imranov verdi ……….həmin gün hərbi hissəni soraqlayıb yerini örgənib ora getdim çox böyük hörmətlə babək səmidli məni qarşıladı bi minvalla bəlkə on dəfə müxtəlif vaxtlarda həmin hərbi hissəyə getdim hörmətlə qarşılandım ancaq sonuncu dəfə babək mənə dedi Elçinin adını Elxan Agazade çəkib Elxan Agazade də sübut olunubki vətən xainidi dedim demək istəyirsən Elçin vətən xainidi xain sənsən və sənin yanındakılardı dalaşıb çıxdım və bir daha babəklə danışmadım artıq anlayırdımki burda nə isə düz olmayan işlər var…….ancaq durmadanda ərizələr yazır teleqramalar vururdum elə olurdu bir gündə 23 yerə ərizə göndərirdim. Sübutları toplayırdım ərizələrin içərisinə qoyub göndərirdim söz yoxki bütün ərizələrim xanların üstünə göndərilirdi. Bunuda bir nəfər demişdi bütün qrumlara yaz prezdentə vitse prezdentə baş prokrora teleqramalar vururdum. Bir azda qısa yazacam bir xanım mənə söz verdi məni Mehriban xanımın qəbuluna düşəcəyimə köməklik etsin altı ay prezdent aparatına getdim gəldim ayın müxtəlif vaxtlarında altı aydan sonra dedilər Tərtər işinə görə vitse prezdent qəbul etmir prezdentədə qəbul yoxdu ……….Mən bir ana olaraq həm Elçinimin öldürülməsi dərdi həm vətən xaini damgası Allah o günlərimi yalnız Tərtər qatillərinə yaşatsın ayrı heç kimə amin. Hər həftə Bakıya gəlirəm baş prokrorluga qəbula düşmək üçün gün istəyirəm və s. Bir gün yenə metroda aglaya aglaya oturmuşdum Allah bir vəsilə göndərdi (mən bütün yol boyu aglaya aglaya əlacsız vəziyyətdə çıxış yolu axtarırdım) bu bəlkədə çoxunuz tanıyırsınız Şamil Sabiroglu idi…….durmadan məni sorguladı mənsə mənim dərdimin çarəsi yoxdu deyirdim dedi bir anlat danışdım dediki sənə köməklik edəcəm. Məni inandırdı dediki bizim çox qeyrətli deputatlarımız generallarımız var tanıyıram və sənə söz verirəm bu işin axırına çıxacam……yenə çox qısa yazıram məni bəzi deputatlarla görüşdürdü bəzilərinin katibləri ilə görüşdürdü ərizə yazmagıma köməklik etdi özü bəzi generallarla görüşdü soda çagırdılar hədələdilər və mənim birdə şikayət etməyə gəlsəm kamazla asfalta yapışdıracaqların deyiblər. Şamil müəllim mənə çox yalvardıki bir daha şikayət etməyim ardın yazacam yazacamki tarixi saxtalaşdırmasınlar…. Çalışacamki heç kim unudulmasın……..heç kimin haqqı yeyilməsin, Tərtər faciəsi elə bir faciədi ki, bir kəlmə haqqı demək ( o vaxt) üçün böyük ürək lazım idi. Ona görə deyirəm hər kimin bu haqq yolunda əməyi var cənnəti bu dünyada qazanmışlardandı….
TƏRTƏR TERRORUNU törədən cinayətkar, TERRORÇU dəstənin bəzi üzvləri aşağıdakılardır

Tərtər faciəsinin acı dəhşətlərindən (2_ci yazı) Birinci yazımda Allahın mənə göndərdiyi vəsilə Şamil Sabiroglundan qısa məlumat verdim indi isə ətraflı yazacam, Şamil Sabiroglun çagırıb necə hədələmişdilərsə var gücü ilə mənim şəhərə gəlməmək üçün evdən çıxmamagım üçün yalvarırdı: deyirdi: — bacı sən bunları tanımırsan çox acımasızdılar mənə deyiblər 100 min birinə verib onu gəldiyi maşın qarışıq asfalta yapışdıracagıq……vallah billah edəcəklər …….
Ancaq artıq Şamil Sabiroglu etdiyin etmişdi nə edəcəyimi bilirdim çünki Təzəxan Mirələmlini tanıyırdım ….. Şamil müəllim çox insanlarla təbii ki, yüksək bunların dili ilə desək yüksək çinli insanlarla heç bir nəticə əldə edə bilmədi əlacsız qalıb jurnalist çagırmışdı iki nəfər idi biri qadın idi mən iki saat durmadan danışdım elə aglayıb Mehriban xanıma yalvarırdımki…..ancaq Mehriban xanım deyirdim….mənə su verdilər bir təsginlik verdilər ana sən narahat olma hər şey qaydasına düşəcək…….mən tam özümə gəlməmiş çıxdılar gördüm Şamil müəllimə deyillərki, bu ana Mehribandan başqa heç kimi tanımır????????????? Şamil müəllimsə yox heç kəsi tanımır yazıq…..bundan bir az sonra unutmuşam bir aydan və ya biraz çox Təzaxanı çagırmışdı beş dəqiqəlik çəkilişdən ötəri bir neçə yerə yerdəyişmə etdik elə bil ogurluq edirdik…….. Təzəxan müəllim demişdi çox qısa beş on dəqiqə danışsın çox yox biləcəklər görək nə olur Şamil müəllimdə Təzaxan müəllimdə sanki həyati risk edirdilər çox qorxulu iş görürdülər sanki …….axırıki uçuq sökük bir tikilinin yan tərəfində görünməyən tərəfində bu çəkiliş baş tutdu. Bundanda bir xeyli vaxt keçdi yenədə heç bir yenilik olmadı…..sonra Təzəxan müəllim telefon nömrəmi götürmüşdü mənə zəng edib dediki qəbirin üstündə gələk çəkiliş edək orda bunlar duyuq düşənətən bir saatlıq çəkiliş edə bilərik……gəldilər Təzəxan müəllim birdə Temur adlı soy adı yadımdan çıxdı jurnalistlə gəldi mən Elçinin bibiləri və maması ilə qəbrinin üstündə çəkiliş etdik bir saatdan artıq ( onda heç bir valideyinləri tanımırdım) həmin çəkilişdə Azərbaycanın qeyrətli ogullarına müraciət etdim, çünki bir dəfə Şamil müəllim Oktay bəyin adını çəkmişdi yəni ümüd etdikləri yüksək çinlilərdən bir xəbər çıxmamışdı……. Mən hiss etmişdimki hansısa insanlara çatsam haqqa çataram ancaq bilmirdimki, kimlərə ……….bu müraciətimdən bir az sonra Təzəxan müəllim mənə zəng etdiki Oktay müəllim səninlə görüşmək istəyir mən soruşdum Oktay kimdi dedi hüquq müdafiəçisidi ……(beş gün idi Bakıdaydım hər gün baş prokrorluga gedirdim gün alım Zakir Qaralovun qəbuluna düşüm…dünyadan bixəbər bu qatil sürüsünə yalvarırdım) Həmin gün ombusmana getmişdim Bakının küçələrində aglaya aglaya gəzirdim ayaqlarım sudur atmışdı Təzəxan gəlib məni götürdü ( axsayırdım ayagımı yerə güclə basırdım) həmin gün Oktay Güləliyevi tanıdım…..xeyli söhbət etdi məni ətraflı dinlədi mənsə hər cümləmin sonunda qərardan Avropaya şikayət verə biləcəyəmmi deyə soruçurdum……Oktay bəysə çox təmkinlə məni dinlədi ancaq ümüdverici heç nə demədi ….Oktay bəyin yanında başqa insanlarda var idi bir nəfər məndən xeyli böyük ( Əlövsəd Sadıqlı idi) məni yola salırdı mənə toxtaqlıq verirdi məni isə tək bir şey maraqlandırırdı işi Avropaya göndərə biləcəyikmi. Mən eşitmişdimki Avropa məhkəməsinə işi göndərmək üçün 20-30 min ən azı pul lazımdı……sən demə qəsdən bunu bizə bu qatil sürüsü eşitdirirmişki ümüdsüzləşək……..Əlövsət Sadıqlıya durmadan deyirdim biz kasıb adamlarıq nə qədər pul lazımdı…… Əlövsət bəy dedi narahaq olma işi Avropaya yazmaq çətin deyi göndərəcəyik elə pulda lazım deyil həmin gün elə bil yenidən doguldum…. Məni bir şey düşündürürdü nə olur olsun Elçinimin ruhu rahatçılıq tapmalıdı sonu ölüm olsa belə…….məndən ötəri dünya qurtarmışdı bircə iş üçün nəfəs alırdım Elçinin Şəhidliyini almaq bu günsə çox fərqli düşünürəm……..
Şamil müəllimi necə təhdid etmişdilərsə çox narahat idi tək bir şey bilirdi mənə bacı demişdi ailəsi ilə görüşmüş idim …….dogma bacıdan artıq hörmət edirdi bacı səni Allaha and verirəm gəlmə deyirdi mən bir daha Şamil müəllimlə danışmadım sanki küsdüm evimizə gəlmişdi oglumla yoldaşımla danışırdı neyləyirsiniz edin Validəni öldürəcəklər qoymayın gəlsin deyirdi bir çox söz söhbətdən sonra bu günə kimidə Şamil müəllimlə danışmadım və görüşmədim köməkdə istəmədim artıq nə edəcəyimi bilirdim……
Ancaq bir nəfəri unutdum Sərdar Əlibəylini…..birinci yazımda bir qadın məni Mehriban xanımın qəbuluna salmaq üçün köməklik edəcəyin yazmışdım həmin qadın mənə demişdiki bir nəfər var gedək ondan məsləhət alaq, sən olanları danış görək nə deyir o insan nə etmək lazımdı deyəcək. Mən görüşdüyümüz insanın kim oldugunu bilmirdim ……oturub üçlükdə çay içə içə danışdım olanları çox dərin fikirə getdi (Şamil müəllimi hələ tanımırdım) və dedi:– bunlarnan çox çətindi, get otur eviyin altında dərdini çək………..ayrı heç bir söz demədi. Sonra bildim və tanıdımki Sərdar Əlibəyli imiş ilk yardım istədiyim adam…….mən Sərdar bəyi heç vaxt qınamadım və bu gündə qınamıram……..çünki artıq bu ölkədə nələr baş verdiyin bizi kimlər idarə etdiyin bu xain çətəni tanıyıram…….ardını 3- cü yazımda yazacam…..
Tərtər faciəsinin agır dəhşətləri (3_cü hissə)
2018- ci ilin əvvəli olardı gəlnimgil ( o vaxt bu telofonum yox idi və işlətməyi bilmirdim) Ərəstun Oruclu adlı şərq qərb araşdırmaçısı bu adı xüsusi qeyd edirəm çünki belə düşünürdüm sıradan bir adam deyil çox böyük insandı şərq qərb araşdırmaçısı bəli bu gün mənə canım bacım deyəndə elə bil yenidən doguluram …… Ərəstun bəyin “Əsrin çinayəti” Tərtər faciəsindən araşdırıb gəldiyi nəticələri yazmışdı. Mən bu “Əsrin çinayəti” in təkrar təkrar oxuyurdum şükürlər edirdim düşünürdüm deməli böyük bir araşdırmaçı həqiqətləri bilir təsginlik tapırdım ……bu gün isə hər kəs Ərəstun bəyi tanıyır bir gün belə pəs etmədi artıq demək olar beş ilini bu faciəyə həsir etmiş böyük insanın necə adı unudula bilər??????? necə yaddan çıxa bilər deyə düşünürəm bu yaddan çıxmaq deyil nainkorluqdu …….Ərəstun bəy heç kəslə müqayisə edilə bilməz yalnız Qurban bəyin apardıgı istintaqın hüquqşünas vəkillik bacarıgından başqa…….
Bilmirəm dəqiq deyə bilmərəm mənim şikayətlərimdən sonra məcbur olub cinayət işi açdılar yoxsa necə ola bilər bu qədər agır cinayət törədiblər bu qədər hərbiçi öldürülüb ölüm işinə görə cinayət işi açmamışdılar səkkiz aydan sonra cinayət işi açıldı və məhkəmələr başlandı. Hələdə heç bir valideyinləri heç kimi Tərtər faciəsində zərərçəkənləri (öz kənd uşaqlarından başqa)
Məhkəmədə vəhşicəsinə öldürülmüş hərbiçilərimizin hüquqi varisləri ilə görüşdük ancaq bir birimizə yabançı kimi idik onlarda mənim kimi nə baş verdiyin bilmirdilər. Məhkəmədə 101 nəfər zərərçəkən tanımışdılar onlar gəlib başlarına gələnlərdən danışırdılar ümumi adlar çəkilmirdi ……tək tək zərərçəkmişlər ümüdsüz bəzi adlar çəkilirdi…..ifadə verən zərərçəkmişləri Tərtər hərbi məhkəməsinin sədri İlqar Quluyev yan otaga keçirdirdi sonradan bildimki pul verirlərmişki şikayətçi olmasınlar……birinci məhkəmədə ifadə verib o biri otaga salınan zərərçəkmişlərin əksəriyyəti ikinci məhkəmədə eyni ifadəni vermirdilər ümumi bəzi sözlər deyib keçirdilər…. Sonra məhkəməyə gəlmirdilər….. Tək Vaqif Abdullayev vəkillə gəlirdi və sondada mənim ifadəm niyə işin içinə əlavə olunmayıb deyə davasın döyürdü. Vaqif Abdillayev indi verdiyi ifadənin nöqtə vergilinə kimi və hətta ən xırdalıqlarına kimi Hikmət həsənovun döyüş zamanı etdiyi xəyanətlərdən belə başına tapançanı dirəyib atmaq istəməsini ifadəsi alınmadıgı üçün atmaması ifadəsin alın sonra öldürün hər şeyi dəqiqliklə ifadəsin verib və davamlı şəkildə məhkəməyə gəlib verdiyi ifadəsinin baxılmasın təkəb edirdi…….. Birdə Kazımov Süleymanın vəkili və qardaşları tələb edirdilər ……biz Qəhrəmanov Cabirgilin Agayev fuad vili söyüb qargayanda İlqar Quluyev səbirli olun vətənə xəyanət edənləri sübut etmişik yeddi nəfər bir on bir nəfər bir tutmuşuq bəziləridə güdaza gedib……deyə bizi sakitləşdirirdi ……
2018- ci ilin hansı ayı oldugun bilmirəm rayonda iki nəfər qadın yana yana işgəncədən danışdıgın eşitdim yaxınlaşıb kimsiniz deyə (axtarışda idim) soruşdum biri indi yaxşı tanıdıgınız Əhmədli Müşviqin anası Lətafət xanım digəri NATİQ Quluzadənin anası rəhmətlik Bahar (çox fəal ana idi) xanım idi söhbətləşdik qısa yazıram prezdent aparatının qabagına yıgışacaqların dedilər ……yeddi nəfərin və on bir nəfərin valideyinləri ilə belə tanış olduq çox qısa yazıram sonrakı yazılarımda bu barədə yazacam……….
Birinci valideyinlərlə prezdent aparatının qarşısında keçirdiyimiz aksiyadan sonra yəni vətən xaini kimi tutduqları hərbiçilərin valideyinləri ilə tanışlıgımız və nə baş verdiyin tam anladıq …….mən bu valideyinlərilə tanışdıqdan sonra bildimki heç bir vətənə xəyanətdən söhbət gedə bilməz……..
İlqar Quluyev bir daha bizi sakitləşdirə bilmədi hər on gündən bir prezdent aparatının qarşısında aksiya keçirirdik. Gələn yazılarımda daha dogrusu dördüncü yazımda Oktay bəydən yazacam ……..
Tərtər faciəsinin acı dəhşətləri (4_ cü yazı)
Prezdent aparatının qarşısında etiraz aksiyası keçirmək üçün toplandıgımız ilk gün bizi qəbula çagırdılar o vaxt qəbul şöbəsində Əli adlı bir nəfər otururdu. Beş altı nəfər (analar) qəbula girdik, bizi qəbul edən Əli adlı bu şəxsin birinci sözü bu oldu: siz vətən xainlərini nə üzlə müdafiə edirsiniz??? Suala sualla cavab verdim siz hardan bilirsiniz ki, bizim övladlarımız vətən xainidi????? Orda mən yaşayıram, bizim sərhəddən quşda uça bilməz, gəl gedək əlini o valdan (5m. hündürlükdə sərhəddə torpaqdan qala) bir metir qaldır görüm əlin salamat qalacaq??? Snayper göz gözədi, şarlarımız var, şahingözlərimiz var, gecəgörmə cihazlarımız var göstərin görək nə ediblər bizim uşaqlar……Əli deyilən o adam çaşqınlıq içində məni tam dinləməmiş harasa zəng etdi və bizə söz verdiki sizə məlumat verəcəyik….
Biz prezdent aparatının qarşısında bizi gözləyən (mən çoxunu tanımırdım, ilk tanışdıgımız idi) valideyinlərə yaxınlaşanda məni çoxlu insanlar qarşıladı və belə deyirdilər: Allah göydən bizə mələk endirib, o adamı susdurdu ……..
Sonra valideyinlərlə tanış oldum bildimki mən bildiklərimi bu valideyinlərin heç biri bilmirmiş bir şeyi dəqiq bilirdilər uşaqları günahsızdı ancaq nə ilə sübut etsinlərki uşaqları günahsızdı onu bilmirdilər.
Biz beləcə tanış olduq və bir ailə kimi birləşdik. Qısa yazacam. Artıq Oktay bəyi tanıyırdım bizi çagırdı çox çətinliklə bir yer tapdıq (o vaxt hər kəs qorxurdu Tərtər adını çəkməyə) ilk çəkiliş oldu …. Əlövsət Sadıqlıda orda idi bizə bacardıgı qədər nə edək necə edək yol göstərirdi …..
Əlövsət Sadıqlı, Namizəd Səfərov adların unutduqlarım bir neçə nəfər bizə bacardıqları qədər yol göstərirdilər……..
Oktay bəy bizi bir neçə dəfə topladı nə edəcəyimizi, necə edəcəyimizi başa saldı ….. Ən vacibi içtimai rəy qazanmagımızı başa saldı. Mütləq hər birimizin bu telefonlardan olmalıdır və bizim əlehimizə yazılan hər bir şər böhtana əks cavab (faktlarla) verməyimizi, balalarımızın günahsız olduqların hər yerdə sübut etməliyik…. Bir dəfə açıq aşkar mənim yanımda valideyinlərə dediki, bu anadan istifadə edin, sözünü deməyi bacarır həmdə faktlarla…….
Aksiyalarda çox jurnalistlər olurdu ancaq mən bir nəfərdən xüsusi danışmaq istəyirəm Sevinc Sadıqovadan canlı çəkilişlər edirdi, (polislərin biznən işləri yox idi jurnalistlərə təzyiq edirdilərki çəkiliş etməsinlər) bir dəfə Sevinci tutub apardılar. Sevinc Sadıqovanı balaları ilə təhtit ediblər ……. Bilirsinizmi niyə xüsusi qeyd etdim Sevinc Sadıqovanı ona görəki bu təhtitdən sonra həyacan içində həyat yoldaşı Əfqan Sadıqova olanları onu balaları ilə təhtit etdiklərin deyəndə Əfqan Sadıqov nə cavab verib, çox sakitcə düşünmədən öldürəcəklər qoy öldürsünlər biz cavanıq yenidən övladlarımız olr, bəs bu insanlar nə etsinlər?????? Nasir Əliyev Əfqan bəylə birgə otirmuş imiş çox təccüüb etmişdi Əfqan bəyin sakitliyinə və verdiyi cavaba ……… hər dəfə ( dəfələrlə) biz bu barədə danışanda Əfqan bəyə və Əfqan bəy kimi Azərbaycanlı ogullarımız olduguna şükürlər edirdik.
Burda mütləq Təzəxan Mirələmlidəndə danışmalıyam ……
Təzəxan bəydə çəkilişlərdə olurdu digər jurnalistlərdən fərqli olaraq mən danışıb qurtarana qədər aglayırdı sonra deyirdi ana mənim ürəyim xəstəti ( ürəyindən əməliyyat oldu) belə danışma dözmürəm bu çəkilişdən sonra özümə gələ bilmirəm. Bir dəfə hönkür hönkür agladı…….
Birdə Natiq İsbatovdan xüsusi danışmaq istəyirəm. Çox fəal idi. Hətta pandemiya dövründə Sevinc Sadıqova ilə Bərdəyə gəlmişdilər necə gəlmişdilər bilmirəm ……. Əhmədli Müşviqin anası ilə birlikdə çəkiliş etdilər. …….jurnalistlərdən kimlərinsə adların çəkmədimsə bilinki hamısının adını bilmirəm yadımdan çıxıb ona görə çəkmədim……
Sonrakı yazılarımda Arzu Abdulla Gülzaman, Vüsalə xanımdan və Oktay bəyin vurulmasından yazacam….