Monday, July 21, 2025
No menu items!
HomeNewsRusiyanın Azərbaycandakı səfirliyi elektron başsağlığı kitabı açıb

Rusiyanın Azərbaycandakı səfirliyi elektron başsağlığı kitabı açıb

Rusiyanın Azərbaycandakı səfirliyi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə bağlı elektron başsağlığı kitabı açıb.

Bu barədə Rusiya səfirliyi “X”də məlumat yayıb.

“Avqustun 15-də Mahaçqalada onlarla vətəndaşımızın, o cümlədən uşaqların həyatını itirməsinə səbəb olan dəhşətli faciə ilə əlaqədar səfirlik “[email protected]” ünvanında elektron başsağlığı kitabı açıb”, – paylaşımda qeyd edilib.

Xatlrladaq ki, bu gün, yəni avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 30 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb.

Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Dağıstanın Səhiyyə Nazirliyi ölənlər arasında 3 uşağın olduğunu açıqlayıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir neçə saat sonra 600 kvadratmetr ərazini əhatə edən yanğın söndürülüb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments