
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb.
London news xəbər verir ki, Türkiyə Prezidenti bu haqda NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, 2025-ci ildə isə bu yerləri tərk edəcək. Razılaşma bu formadadır. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də zatən bunu diqqətlə izləyir” , – Ərdoğan əlavə edib.