Tuesday, July 22, 2025
No menu items!
HomeNewsPolşa DİN: “Belarus ölkəmizdə sabitliyi pozmağa çalışır”

Polşa DİN: “Belarus ölkəmizdə sabitliyi pozmağa çalışır”

“Belarus ölkəmizdə sabitliyi pozmağa çalışır”.

London news xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa daxili işlər nazirinin müavini Macey Vonsik deyib.

Onun sözlərinə görə, Belarusun iki ölkə sərhədində təxribat törətməsi daim gözləniləndir: “Biz bilirik ki, Belarus Polşa seçkilərinə müdaxilə etmək, vəziyyəti sabitsizləşdirmək və müxtəlif təxribatlar törətmək istəyəcək”.

Nazir müavini qeyd edib ki, Latviya da Belarusla sərhəddə təhlükəsizlik tədbirləri görür və mühafizəni gücləndirir.

Vonsikin sözlərinə görə, Polşa-Belarus sərhədində vəziyyət daim nəzarətdədir.

Qeyd edək ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak daha əvvəl ölkəsinin Belarusla sərhədə 10 minədək əlavə hərbçi göndərməyi planlaşdırdığını bildirmişdi.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments