Monday, July 21, 2025
No menu items!
HomeNewsKəlbəcərdə ağır yol qəzası: Türkiyə vətəndaşları ölüb

Kəlbəcərdə ağır yol qəzası: Türkiyə vətəndaşları ölüb

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları – 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

07.18

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisə “Ömər aşırımı”nın yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.

03:08

Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Onların kimliyi və hadisənin digər təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments