Monday, July 21, 2025
No menu items!
HomeCultureÖlkədəki restoran, kafe, mağazalarda ana dilimizə sayğı göstərilməlidir-Qənirə Paşayeva

Ölkədəki restoran, kafe, mağazalarda ana dilimizə sayğı göstərilməlidir-Qənirə Paşayeva

“Azərbaycanda fəaliyyət göstərən restoran, kafe və mağazalarda ana dilimizə sayğı göstərilməlidir”.

Bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, dilimizə hörmət etməli, ona qarşı həssaslığımızı artırmalıyıq: “Əgər lazımi sayğı göstərilmirsə, buna reaksiya göstərməliyik. Dilimizə hörmət edilməməsi özümüzə, dövlətə, xalqa hörmət edilməməsi deməkdir. Buna görə də həssaslığımızı artırmalıyıq. Qanunvericiliyimizdə dil məsələsi xüsusi yer alıb. Qanunun tələblərinə riayət edilməsinə çalışmalıyıq. Hətta bəzi qurumlar var ki, onların üzərinə ciddi iş düşür. Onlar bunu daha çox dərk etməlidir”.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments