Sunday, July 20, 2025
No menu items!
HomeNewsNasistlərin yəhudilərlə bağlı siyasəti ilə Qarabağdakı vəziyyət arasında analoqlar qəbuledilməzdir-Jüdisches Europa

Nasistlərin yəhudilərlə bağlı siyasəti ilə Qarabağdakı vəziyyət arasında analoqlar qəbuledilməzdir-Jüdisches Europa

Nasistlərin yəhudi məsələsinin yekun həlli siyasəti ilə Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti arasında analogiyaların aparılması nəinki yolverilməzdir, həm də tamamilə əsassızdır.

Bu barədə Almaniyanın “Jüdisches Europa” ümumavropa yəhudi nəşrinin məqaləsində deyilir.

Nəşr qeyd edir ki, Qarabağda yaşayan erməni sakinlər arasında aclıqdan ölən olmadığı kimi, Azərbaycanın erməniləri “soyqırımı”na məruz qoyduğu ilə bağlı ittihamların da heç bir sübutu yoxdur.

“İrandan asılı olan Ermənistan liderləri BMT-də “aclıq soyqırımı” elan edir, sosial şəbəkələr isə Xankəndidə dəbdəbəli toyların fotoları ilə dolub-daşır”, – məqalədə qeyd olunub.

Vurğulanır ki, bu səs-küylü təbliğat kampaniyasına baxmayaraq, qlobal elektron medianın mövcud olduğu çağda “aclıqdan ölən əhali” iddiaları üçün heç bir nəzərəçarpan sübut yoxdur.

Öz növbəsində, Odessa yəhudi dini icmasının rəhbəri Şlomo Bakşt Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan hakimiyyətinin ermənilərə qarşı getto yaratması ilə bağlı ittihamlarını Holokost qurbanlarının xatirəsinə təhqir kimi qiymətləndirir.

Digər İsrail KİV-lərinin məlumatına görə, may ayından etibarən İsraildəki ermənipərəst fəallar ABŞ-dəki erməni təşkilatlarından aldığı vəsaitlərdən istifadə edərək İsrail və yəhudi-amerikan KİV-lərində Azərbaycana dəstəkdən əl çəkməyə çağıran materiallar yaymağa başlayıblar. Əsas arqument odur ki, Holokostdan sağ çıxan yəhudilər indi guya Qarabağda erməni soyqırımında şərik olurlar. Beləliklə, İsrail rəhbərliyini Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtina etməyə məcbur etmək üçün ona təzyiq etməyə cəhd edilir.

“Amma bu kampaniyanın təşkilatçılarının İsrail rəhbərliyinə real təsir rıçaqları yoxdur. Buna görə də dünyanın müxtəlif ölkələrindən ravvinlərin cavab kampaniyası İsraildə daha böyük rezonans doğurur. Belə ki, həmin ravvinlər İsrail, ABŞ və Fransa KİV-lərində çıxış edərək, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı qarayaxma kampaniyası və Holokostu təbliğat vasitəsi kimi istifadə etməsini qınayıb”, – müəllif bildirib.

Latın Amerikası yəhudi diasporunun əsas resurslarından biri olan Argentinanın “Visavisс” internet nəşrində isə Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamların əsl böhtan kampaniyası olduğu barədə məqalə dərc olunub.

“Mən ravvin yoldaşlarıma qatılıram və onların fikirlərini bölüşürəm…”, – Almaniya və Saksoniya Silahlı Qüvvələrinin ravvini Jolt Balla yazıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments