
Nəsimi Sadıqovun “Azərbaycanın Acı Həqiqətləri” kitabından…
TƏRTƏR TERRORUNU törədən cinayətkar, terrorçu dəstənin rəhbərlərindən olan Azərbaycan Respublikası Baş Hərbi Prokuror, general leytenant Xanlar Vəliyev və dəstənin qurucusu FHN-i, general polkovnik Kəmaləddin Heydərovun Azərbaycan rayonlarının, hakimiyyətinin işğalı və törətdikləri digər ağır cinayətlər…
Yevlax(şəhər) rayon Torpaq şöbəsinə Müdir təyin olunmağım və TƏRTƏR TERRORUNU törədən cinayətkar Dəstə üzvləri ilə ilk tanışlığm
Mən 1999-cu ildə Moskva Şəhərində yerləşən Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetini bitirdikdən sonra Azərbaycana döndüm. Mən Mühəndis və İqtisadçı peşəsi ilə yanaşı hərbi kafedranıda bitirərək hərbi peşəyədə yiyələndim, Rusiya Müdafiə Nazirinin əmri ilə Mənə Leytenant hərbi rütbəsi verildi. İlk öncə hərbi rütbəni verməkdən imtina edirdilər.
Səbəb isə bu idi ki, o zaman hərbi kafedrada oxumaq üçün gərək Rusiya vətəndaşlığını qəbul edəydin. Məndə Rusiya vətəndaşlığını qəbul etdim. Təbii ki, Universiteti bitirdikdən sonra vətəndaşlıqdan imtina edib Azərbaycana döndüm.
Sadəcə Hərbi rütbə veriləndə Rusiyaya sadiq olacağına hərbi and içib və sonrada diz şöküb Rusiya bayrağını öpməliydin. Məndə Rusiyaya and içməkdən və Rus bayrağını öpməkdən imtina etdim. Məndən səbəbini soruşanda dedim ki, 366-cı Rusiya hərbi polku Xocalıda erməni faşistləri ilə birlikdə mənim millətimin yüzlərlə günahsız uşaqlarını, qadınlarını, yaşlılarını ağır işğəncə verərək qətilə yetiriblər. Hərbi Kafedra rəisi qışqırdı ki, Sadıqov sus. Amma Rusiya Müdafiə Nazirliyindən bir rus generalı dedi dəymə, qoy danışsın. Mən Xocalıda olanları, Tərtərdə orta məktəbdə oxuyarkən ermənilərin necə kəndlərimizi, məktəblərimizi bombaladıqlarını və rus əsgərləri ilə ermənilərin kəndlərimizin mal-qarasını zorla aparmaqlarını danışdım. Həmin rus generalı mənə bildirdi ki, Sadıqov mən sənə indi Leytenant rütbəsinin verilməsinə razı ola bilmərəm. Çünkü, sən hamının gözü qarşısında Rusiyaya and içməkdən və bayrağını öpməkdən imtina etmisən, aləm qarışıb bir-birinə. Amma mən sənə söz verirəm, biraz zaman keçsin növbəti rütbələrin təqdim zamanı sənnin rütbəni verəcəm. Amma sakit dur, and içməyədə gəlmə. And içmə qurtarandan sonra gəlib rütbənin verilməsi barədə əmri alarsan. Rus generalı mənə verdiyi sözü tutdu.
2000-ci ildə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsində şöbə rəisi vəzifəsində işləyirdim. Dəfələrlə Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdim ki, mən zabit kimi vətənimə xidmət etmək istəyirəm. Çünkü, mənim ən böyük arzum hərbiçi olmaq idi. Amma müraciətlərim cavabsız qalırdı. Əvvəllər xüsusi təyinatlıda xidmət etmiş dostumla 2001 ci ildə 776 saylı hərbi hissəyə müraciət etdim ki, zabit kimi sizdə xidmət etmək istəyirəm. Çox sağ olsun, Həmin hərbi hissənin komandir müavini, səhv etmirəmsə polkovnik Əsədov idi, bizi qəbul edib dinlədi və bildirdi ki, Müdafiə Nazirliyinin kadrlar idarəsinə müraciət edin, bizim sənin kimi zabitə ehtiyacımız var. Məndə Müdafiə Nazirliyinə müraciət etdim, onlarda məni respublika hərbi komisarlığına göndərdilər. Respublika hərbi komisarlığıda sənədlərimə baxdılar və bildirdilər ki, get Tərtər hərbi komisarlığına, onlar sənin sənədlərini hazırlayıb göndərəcəklər Biləcəri çağırış məntəqəsinə. Məndə gəldim Tərtər hərbi komisarlığına.
O zaman Tərtər Hərbi Komisarı, Tərtər özünü müdafiə batalyonunun qurucularından olan, Qəhrəman Qarabağ döyüşçüsü, çox hörmətli Mayor Pənah Məmmədov idi. O, sənədlərimə baxdı və bildirdi ki, Sadıqov bu gənc yaşında o boyda Komitədə şöbə rəisi işləyirsən, nədən bu mülkü rahat işdən imtina edib hərbiyə gedirsən? Məndə bildirdim ki, torpaqlarımız işğaldadır. Sağ olsun Pənah Məmmədov sənədlərimi hazırlayıb, məni göndərdilər Bakı şəhəri Biləcəri çağırış məntəqəsinə.
Məndə getdim Bakı şəhərində yerləşən hərbi çağırış məntəqəsinə. Orda bildirdilər ki, Zabitlərin hərbiyə qəbuluna Beydullayev qərar verir. Beydullayevin qəbuluna düşmək üçün bir neçə gün ora gedib səhər tezdən axşama qədər gözlədim, sonda Beydullayev məni qəbul etdi və dedi ki, səni kimi Zabitlər bizə lazımdır. Beydullayev onuda bildirdi ki, həm Orduda, həmdə hərbi litsey və məktəblərdədə hərbi topoqrafiya ixtisasını bitirən ümumilikdə Azərbaycan üzrə heç 10-15 Zabit yoxdur. Onuda etiraf etdi ki, Zabit çatışmamazlığından Bakı Dövlət Universitetinin və digər ali məktəblərini bitirən şəxsləri hərbiyə çağırıb Zabit rütbəsi verib Orduya göndəririk. Mənə bildirdi ki, səni zabit kimi Orduya qəbul edirik, köməkçim sənə o biri otaqda sənə lazım olan sənədləri izzah edəcək. Mən Beydullayevin yanında olan zabitlə keçdim o biri otağa və o mənə bildirdi ki, Zabitlərin əmək haqqısı yaxşıdı və artacaq, ona görədə Zabit kimi xidmət etmək istəyirsənsə 5 min ABŞ dolları pul verməlisən. Dedim kimə verməliyəm? Dedi mənlik deyil, Beydullayev istəyir. Məndə onun üzərinə qışqırdım ki, həm hərbiyə gedəcəm, həmdə sizə 5 min dollar rüşvət verəcəm. Səsimə orda olanlarda toplaşdı, Beydullayevdə qışqırdı ki, bu dəqiqə səni həbs elətdirəcəm, get burdan səni kimi zabitə ehtiyacımız yoxdur. Bir neçə günə gücnən mənə arayış verdilər ki, yer dolub get burdan. Məndə qayıtdım vəzifəmə bərpa olunmağa, məni ilk öncə işə qəbul etmədilər. Sonra getdim Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri hörmətli Qərib Məmmədovun qəbuluna. O, sənədlərimə baxdı, bildirdi ki, Azərbaycanda sənin ixtisasın kimi ali təhsilli mühəndis 10 nəfərdən azdır və səni işə qəbul edəcəm. O zaman Qərib Məmmədov yanında olan idarə rəisinə bildirdi ki, harda boş Şöbə müdiri vəzifəsi boşdur Sadıqovu ora təyin edin. İdarə rəisi bildirdi ki, bir neçə rayon şöbə müdiri vəzifəsi boşdur. Qərib müəllim etiraz etdi ki, Sadıqovu Komitədə Bakıda işlə təmin edin. Mən isə Xahiş etdim ki, Mənim yaşlı Atam, Anam hər ikisi 2-ci qrup əlildilər və xəstədilər, imkan varsa Bərdədə, Tərtərdə sadə mühəndis vəzivəsinə təyin edəsiniz ki Atamın, Anamın qulluğunda dura bilim.
İdarə rəisi Qərib müəllimin yanından çıxandan sonra mənə bildirdi ki, sən narahat olma, get Tərtərə və orda gözlə, biz Tərtərin İcra başçısıyla danışacağıq, o səni qəbul edəcək və biz sənin vəzifəyə təyin olunmağınla bağlı əmri gətirib şöbəni təhvil verəcəyik sənə. Məndə getdim Tərtərə və Atama dedim ki, bəs mən Tərtərdə işləyəcəm, sizin yanınızda qalacam. Onlarda sevindilər ki, sən evlisən həyat yoldaşın biz tək qalmayaq deyə bizim yanımızda qalır, səndə ayda iki dəfə 330 km yolu Bakıdan Tərtərə gedib gəlirsən, əziyət çəkirsən. Atam elə həmin günü mənə bildirdi ki, oğul sən gəncsən rayonda işləməmisən gəl gedək bir qohumum var Tərtərin icra hakimiyyətində işləyir onunla məsləhətləşək. Həmin qohum bildirdi ki, bəli bizdə bilirik ki, Tərtər Rayon Torpaq şöbəsinə yeni müdir göndərirlər, amma bilmirdik ki, səni göndərirlər. Mən soruşdum ki, bəs əvvəl işləyən müdir necə olub? Niyə çıxıb? O, isə bildirdi ki, çıxmayıb, sənin əmrinlə onun əmri bərabər gələcək. Mən həmin müdirin adını soruşdum, oda bildirdi ki, adı Təbibdir. Məndə səhərisi gedib onunla görüşüb danışdım, çıxmaq səbəbini soruşdum. Oda bildirdi ki, o çıxmaq istəmir onun həmin idarə rəisi ilə problemi var və ona görə onu işdən çıxartmaq istəyir. Məndə ona bildirdim ki, mən mərdimazar adam deyiləm və gedib komitəyə bildirəcəm ki, mən bu vəzifəni istəmirəm. Eləcədə etdim, həmin vəzifədən imtina etdim və Qərib müəllimdən xahiş etdim ki, məni sıravı mühəndis göndərsinlər. Qərib müəllimdə sağ olsun, o məni Bərdə regional İdarəyə birinci dərəcəli mühəndis vəzifəsinə təyin etdi. 2003-cü ilin mayın 19-a qədər həmin vəzifədə işlədim.
O zaman gənc idim, ən uğurlu işlərimindən biri ondan ibarət oldu ki, çətinliklədə olsa Tərtər rayonunun Bəyimsarov kəndində olan mindən çox evlərin Ermənistanın Vedi, Göyçə mahalından və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin adlarına sənədləşdirməm oldu. Çünkü həmin kənddə əvvəllər ermənilər yaşamışdı və ilkin sənədlər yox idi və faktiki evlərdə yaşayan Vedidən, Göçədən, Kəlbəcərdən olan məcburi köçkünlərin adlarına rüşvətxor məmurlar sənədləşməyə qoymurdular. Mən o zaman məsuliyyəti öz üzərimə götürərək, təhdidlərə baxmayaraq bütün evləri- torpaq sahəsini faktiki yaşayan Azərbaycanlılarımızın adına sənədləşdirdim. Təbii ki, kənd əhalisinin, həmin kəndin ağsaqqallarından olan Cəmşid kişinin və oğlu Bələdiyə sədri Vaqifin dəstəyi ilə.
2003-cü ilin may ayının 18-də məni Torpaq Komitəsinə çağırdılar və mənə bildirdilər ki, Yevlax rayonunda böyük problem var, səni ora müdir göndəririk ki, problemləri həll et. Əsas problemlərdən biri ondan ibarət idi ki, Bakı- Ceyhan neft kəmərin çəkilişi üçün, kəmər kimin torpaq sahəsindən keçirdisə ona küllü miqdarda pul ödəyirdilər. Amma rayon icra hakimiyyəti, bəzi bələdiyyə sədrləri və rayon torpaq şöbəsi saxta sənədlər düzəltməklə dövlətin və BP-nin ayırdığı pulları öz qohumların adına keçirərək mənimsəmişdilər, ona görədə faktiki kəmər keçən torpaq sahibləridə neft kəmərinin tikintisinə etiraz edərək qoymurdular neft kəmərinin tikintisinə. İkinci problem isə torpaq islahatından 10 ilə yaxın keçməsinə baxmayaraq yerli məmurlar vətəndaşların pay torpaqlarını vermirdilər və özləri həmin torpaq sahələriynən yanaşı ümumi istifadədə olan torpaq sahələrinidə əkib biçirdilər.
Bu səbəbdəndə məni çağırıb Komitə rəhbərliyi göstəriş verdi ki, tez bir zamanda Yevlaxda torpaqla bağlı qayda qanun yaradım və bütün problemləri həll edim. Yevlax rayon İcra hakimiyyətinin başçısı mənim müdir təyin olunmağıma razılıq vermədi və başqa adamın təyin olunmasını istəyirdi, o kadıra isə Komitə razılıq vermirdi. Sonda məni müdir müavini vəzifəsinə əmrimi verdilər, keçmiş müdir Şahin Qarayevi isə müvəqqəti sentyabra qədər müdir kimi saxladılar, amma faktiki olaraq bütün səlahiyyəti mənə verdilər. Sentyabr ayındada məni Yevlax rayon Torpaq şöbəsinə müdir təyin etdilər. Mənim xahişimlədə keçmiş müdiri özümə müavin vəzifəsinə təyin etdilər. O zaman torpaq şöbəsi rayon icra hakimiyyətinin binasında yerləşirdi. Səhəri günü mən getdim işə və mən binaya daxil olan kimi, məni İcra başçısı Ələkbər Səlimov çağırdı kabinetə. Məni görən kimi başladı qışqırmağa ki, səni kim göndərib bura? Mən demədim ki, səni qoymayacam işləməyə, bu nə geyimdi, geyinib gəlmisən bura. Yevlaxda ozamanda 40 dərəcə isti var idi, məndə gödək qollu futbolka, cins şalvar, krasovka geyinmişdim. İcra başçısıda deyir niyə uzun qollu ağ urbaşka, qalustuk və kastyum geyinməmisən. Məndə dedim ki, mən sizin kimi, icra başçısı deyiləm ki, soyuq kondisenerli kabinetdə oturub burdan göstəriş verəm, çöldə 40 dərəcədən çox isti var, mən gedib sahədə torpaqları ölçüb, insanların problemlərini həll etməliyəm. Məndə buna ucadan qışqıraraq deyəndə, oda telefonu götürüb Komitə sədrinə zəng edərək etirazını bildirdi. Qərib Məmmədovda bildirdi ki, Sadıqov orda işləyəcək, istəsəndə istəməsəndə. Başçıda bundan sonra başladı tam dəli olmağa. 2003-cü ilin sentyabr ayındada məni müdir vəzifəsinə təyin etdilər. Həmin dövrdə İcra başçısıda daxil olmaqla digər məmurların böyük hektarlarla torpaq sahələrini ləğv edərək 2 mindən çox vətəndaşa təmənnasız verdim, yəni qoymadım ki, icra hakimiyyəti onlardan rüşvət alsın. Bir faktı deyim, o zaman Yevlağın icra başçısı Ələkbər Səlimovun Kövər bələdiyyəsi ərazisində olan 165 hektar torpaq sahəsini(sənəddə qardaşının qaynaatası Allahyarın adına olan torpaq sahəsini) ləğv edərək zorla əllərindən alınan əvvəlki istifadəçiləri olan sadə kənd sakini Mətləbə və şəhər sakini Şahinə qaytardım. Bu hadisədən sonra İcra başçısı Səlimov Kövər bələdiyyəsinin sədri Tahiri və məni həbs etmək üçün, o vaxt Yevlax rayon prokuroru Oruc müəllimə göstəriş vermişdi. Prokurorda Tahiri çağırıb həbs etmək istəyirdi. Mənidə çağırdı kabinetinə və mənə bildirdi ki, sənin başın xarab olub? Sən İcra başçısının, Prezidentin yerdə nümayəndəsinin sənədli, pasportlu 165 hektar torpaq sahəsini ləğv edib hansısa kənd çobanına vermisən. İndidə İcra başçısı baş prokurorluğada zəng edib deyib, mənədə deyib ki, bələdiyyə sədri Tahirnən səni həbs edim.
Prokuror Oruc müəllimdə Tərtərdən idi, mənə bildirdi ki, sənə bir yerli kimi yaxşılığım o olar ki, mənə burda izzahat yaz ki, Bələdiyyə sədri Tahir ləğv edib torpağın qırarını. Onu həbs edək, bir az vaxt keçsin sonra buraxarıq. Məndə bildirdim ki, mənim və Torpaq Komitəsinin idarə rəisinin imzaladığı akta əsasən mənim tapşırığımla başçının torpağı ləğv edilərək verilib kənddən olan zəhmətkeş Çobana. Eləcədə bildirdim ki, həbs edirsən məni həbs edin. Allah rəhmət eləsin Oruc müəllim baxdı üzümə dedi səni kimi başdan xarabı necə həbs edim mən? Məndə sonra gedib Komitədən məktub aldım ki, komitənin məktubuna görə mən, Torpaq şöbəsinin müdiri-Dövlət müfəttişi olaraq bələdiyəyə məktub verdim ki, əvvəlcə torpaq sahəsi icra başçısına veriləndə torpaq qanunvericiliyi pozulub. Yazıq başçı işdən çıxana qədər mənə deyirdi ki, Torpaq Komitəsi ilə danış mənim torpağımı qaytarın, məndə deyirdim ki, hələ alınmır cənab başçı…
26 mart 2004-cü ildə, səhv etmirəmsə gecə saat 10 idi Elmar Vəliyevin Yevlax Şəhər İcra Hakimiyyətinə Başçı təyin olunması haqqında Prezidentin sərəncamını Mingeçevir şəhərində otellərin birinin restoranında telivizorda xəbərlərdə eşitdim. Həmin zaman Torpaq Komitəsindən geniş tərkibdə rayon ərazisində otlaqların vəziyyətinin yoxlanması ilə bağlı komisiya gəlmişdi.
15-20 dəqiqə keçməmiş məndə daxil olmaqla bütün rəhbər vəzifələrdə işləyənləri İcra hakimiyyətinə çağırdılar. Hamı qarışmışdı bir-birinə. Hər kəs bir-birinə pıçıldayaraq deyirdilər ki, qan su yerinə axacaq, çoxları həbs olunacaq nə bilim nələr… Hamısı Elmar Vəliyevdən qorxurdu. Məndə tanımırdım ki, Elmar Vəliyev kimdir.
Ardı var….