Monday, July 21, 2025
No menu items!
HomeNewsMilli Qvardiya Zabiti Əzizağa Süleymanov: 4 iyun 93-cü il, Gəncədə Dövlət çevrilişi...

Milli Qvardiya Zabiti Əzizağa Süleymanov: 4 iyun 93-cü il, Gəncədə Dövlət çevrilişi zamanı Milli Təhlükəzilik İdarəsində nə baş verirdi…

Milli Qvardiya Zabiti Əzizağa Süleymanov: 4 iyun 93-cü il Gəncədə Milli Təhlükəzilik İdarəsində nə baş verirdi. Danşıq senarisinin müəllifləri kim idi. Nədən məni Sürətə girov göndərdilər

Hərbiçilər maşında mənim qollarımı tutmuşdular Üstümdə olan silahı çıxarda bilmirdim, buna imkan yox idi. Mən yanımdakı hərbiçidən xahiş etdim ki, əlimi burax onsuzda siz 4 nəfər mən tək, arxadan da sizi müşaət edən bir neçə maşın gəlir. Ruslan isə həmin hərbiçiyə bildirdi ki, siz onu yaxşı tanımırsınız, üstünü axtarın. Bu zaman mən qəfildən qolumu onların əlindən çıxartmaq istəsəmdə mümkün olmamışdı. Onlar üstümdəki silahı tapıb götürdülər. Məni Sürət Hüseynov oturan hərbi qərargaha gətirib Sürət Hüseynovun kabinetinə saldılar. Sürət Hüseynov məni görən kimi tanıdı və prezident Əbülfəz Elçıbəyin ünvanına nalayiq bir söz işlətdi. Əlacı hər yerdən kəsilib indi də səni mənim üstümə göndərib- dedi. Sürət Hüseynovun yanında duran, uzun boylu yekəpər mülki, geymli adam əlində tutduğu TT markalı tapancanı havada yelləyərək- bu sənin nazirin Qabilin tapancasıdır- deyib, dəstəyi ilə başıma vurmaq istəyəndə özünü qabağa verən Ruslan qoymadı. Ona dedi ki, Əzizağanı mən gətirmişəm ona heç kim toxuna bilməz. Sonradan adını öyrəndiyim Nüsrət Budağovun bu hərəkəti mənə çox pis təsir etdi. Gərək gəlməyəydim deyib Öz-özlüyümdə Tahirin qarasına gleyləndim. Orada üzünə dedim ki, siz məni tuta bilməzdiniz. Məni sizə danışıq yolu ilə təhvil verən dövlət rəhbərliyi oldu. Sürət Hüseyinov üzünü mənim yanımdakı hərbiçilərə tutub göstəriş verərək söylədi ki, aparın bunu əsr olan zabitlərin yanına salın. Ehtiyatlı olun qaçmasın. Məni oradakı hərbi kazarmanın birində girov saxlanılan zabitlərin yanına gətirdilər. Qolumdan möhkəm tutub məni zabitlərin yanına gətirən hərbiçilər qapını açanda gördüm ki, Milli Qvardiya alayının Gəncədə olan şəxsi heyətinin butün zabit heyyəti, başda Milli Qvardiyanın qərargah rəisi Polkovnik-leytenant Tariyel Nəsirov, Alay komandiri mayor Elmar Hüseynov olmaqla, bunların rəhbərliyi altında Gəncəyə ezam edilən əksər şəxsi heyyət buradadır. Qapıdan İçəri girib üzümü Qvardiyanın komandir heyətinə tutub dedim ki, siz kişi deyilsiniz. Qvardiyanı Sürətə təhvil verib gəlib oturmusunuz burada. Elmar Hüseynov məndən soruşanda ki, bəs sən nə gəzirsən burda? Ona söylədim ki, sənin fərasətsizliyinin ucbatından Qvardiyanın şəxsi heyətini Sürət Hüseynovun əsirliyindən qurtarmaq üçün məni səni kimi satqın dövlət rəhbərləri Sürət Hüseynova “zaloq” veriblər. Milli qvardiyanın qərargah rəisi Taryel Nəsirov, alay komandiri Elmar Hüseynov, alayın qərargah rəisi Zakir Ağayarov küncdə bir yerdə oturmuşdular. Buraya Milli Qvardiyaçı zabitlərindən başqa da tutulan daxili qoşunların və Milli ordunun zabit heyyəti salınmışdı. Kazarma deyilən bu yerə qiyamçılar tərəfindən tutulub gətirilən hardasa 200-dən çox hərbiçi salınmışdı. Ətrafıma toplanan Qvardiya zabitləridən soruşanda ki, necə oldu bura düşdünüz, onlar mənə dedilər ki, Əzizağa müəllim, bizi döyüşsüz Alay komandiri Elmar Hüseynov Sürət Hüseynovun dəstəsinə təhvil verdi. Milli Qvardiyanın Qərərgah rəisi Taryel müəllim də qarışmadı. Sürəti tutmağa hər cür imkanımız var idi, əmr verən olmadı. Onlar mənim başıma yığışıb otağın bir küncündə asta-asta söhbət edirdilər ki, 4 iyun 1993 cü il tarixində saat 8-9 radələrində hərbi hissəni mühasirəyə almışdıq. Hərbi hissədə heç kim yox idi. Qvardiyacı leytenant Hüseyinov İsmayılı Məmməd oğlunun söylədiyinə görə 709 sayli hərbi hissənin hərbiçi zabit və əsgərləri dünəndən Milli Qvardiyanın Gəncyə gələn xüsusi təyinatlı dəstənin üzvülərini görüb qaçıb dağılımışdılar. Biz qvardiyaçı letytnant Qudulov Abdurəhmanı hərbi hissənin içinə kəşfiyata göndərdik. Bir azdan Qudulov gəlib bizə bildirdi ki, hərbi hissənin içərisində sağ tərəfdə cəmi 15 nəfər hərbiçi var. Əksəri də Avar uşaqlarıdır. Onlar mənə söz verdilər ki, siz sağ tərəfə güllə atmasanız biz sizə güllə atmayacağıq. Həmidə bu hərbi hissəyə gəlməmişdən qabaq bizə məlumat vermişdilər ki, Sürət Hüseynov Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları və Omon komandirliyi tərəfindən səhər saatlarında evində həbs olunacaq. Qvardiyaçılar isə Müdafə nazirliyinin göstərişi əsasında 709 saylı hərbi hissəni təhvil-təslim zamanı mühafizəyə götürüb, yeni komandir təyin olunana kimi hərbi hissənin təhlükəsizliyini təmin edəcək. Sonra buraya həbi formada bir adam gəlib alay komandiri Elmar Hüseynovu soruşdu. Komandirlə kənarda 3-4 dəqiqə nə barədəsə danışıb çıxıb getdi. Bir neçə dəqiqədən sonra qvardiyaçılardan kimsə hasarın o tayındakı əsgərdən eşitmişdi ki, Sürət Hüseynov səhər tezdən- Milli Təhlükəsizlik nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən müasirədə olan- evindən çıxıb, hansısa yolla 709 saylı hərbi hissəyə gəlib. Hərbi hissənin zirzəmisindədir, yanında da 4 nəfər hərbiçi var. Qudulovun söylədiyi bu məlumatı bizim yanımızda olan tabor komandiri mayor Yusifov Akif İsaxan oğlu da eşitdi. Mən şəxsən Akif Yusifovla bərabər gəlib bu məlumatı Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirova və alay komandiri mayor Elmar Hüseynova söylədik. Nəsirova dedim ki, Mən uzun müddət sovet ordusunun tərkibində xarici dövlətlərdə xidmət etmişəm, dəfələrlə belə əməliyyatlarda iştirak etmişəm. Nə qədər gec deyil göstəriş verin Sürət Hüseynovu götürək. Bir azdan mülkü əhali özü bilmədən panikaya düşəcək, heç bir hərəkət edə bilməyəcəyik. Nəsirov şəxsən mənə rus dilində dedi ki, idi “svayom delam zanimaysa, nos ni suy kuda ninada”. Bu zaman bizim yanımıza Müdafiə nazirliyinin bir polkovniki və bir mayoru gəldi. Polkovnikin əlində 709 saylı hərbi hissəyə yeni komandirin təyin olması barədə Müdafiə nazirinin əmri var idi. Orda bizə aydın oldu ki, polkovnik İsa Sadıqovdur, Müdafə Nazirinin müavinidir. O,Müdafiə nazirinin əmrini hərbi hissənin köhnə komandiri polkovnik Eldar Əliyevə təqdim edib, hərbi hissəni yeni komandirə təhvil verməli idi. Alay komandirinin göstərişi ilə bizim zabitlərdən də biri polkovnik İsa Sadıqovla hərbi hissəyə gedib onun təhlükəsizliyini təmin etməlidir. Elmar Hüseynovun göstərişi ilə polkovnik İsa Sadıqovu qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlu müşayət etməli oldu. Onlar hərbi hissəyə getdikləri vaxtdan beş-on dəqiqə keçəndən sonra geri qayıtdılar. Polkovnik İsa Sadıqov Qərərgah rəisi Nəsirova bildirdi ki, polkovnik Eldar Əliyev deyir ki, mən kiməm bizim hamımızın böyüyü Sürət Hüseynovdur. Sürət bir saatdan sonra gələcək onda gələrsiniz. Şəxsən mən İsa Sadıqova dedim ki, cənab polkovnik onlar sizi aldadırlar bizim dəqiq məlumatımız var ki, Sürət Hüseynov hərbi hissədəki zirzəmidə, dörd nəfər hərbiçi ilə bir yerdədir. Nə İsa Sadıqov, nə də Milli Qvardiya rəhbərliyi bizim sözmüzə məhəl qoymadı. Nəsirovla nə söhbət etdilərsə gözləmək qərarına gəldilər. Ara bir Qazax bölgəsindən gələn bir-iki tank və zirehli döyüş maşınları, iri çaplı plamiyotla 709 saylı hərbi hissəni atəşə tutur, prosesi qızışdırıb aradan çıxırdılar. Onların yaratdıqları bu hərəkəti görən, ətrafda yaşayan mülkü əhali hər tərəfdən hərbi hissənin ətrafına yığışırdılar. Mən hərbici olduğum uzun illərin təcürbəsindən hiss edirdim ki, əhalinin hərbi hissənin ətrafına belə yığışması bizim üçün yaxşı nəticə verməyəcək. Saat təxminən 10 radələrində 709 saylı hərbi hissəyə komandir təyin olunmuş mayor, Müdafiə Nazirinin müavini Polkovnik İsa Sadıqov, bizim qvardiyaçı baş leytenant Yaqubov Məhəmmədlə yenidən hərbi hissəyə, Eldar Əliyevin yanına getdilər. Onlar gedəndən təxminən bir saat sonra 709 saylı hərbi hissədən bir hərbiçi əlində ağ bayraq tutaraq aşmış hasardan keçib bizə tərəf gəlirdi. Əlində ağ bayraq tutub bizə tərəf gələn hərbiçini bizə catmağa xeyli qalmış kimsə arxadan güllə ilə vurdu. Bununla da ara qarışdı. Bu zaman bir qədər əvvəl buraya gəib alay komandiri Elmar Hüseynovla ayaq üstü söhbət edib çıxıb gedən hərbiçi ilə bərabər bir neçə nəfər hərbici yanmıza yaxınlaşıb dedilər ki, tabor komandirimiz Mehman Ələkbərovu sizin tərəfdən atılan güllə ilə vurdular. Aftomatdan atılan güllənin də markası 5.45 avtomat gülləsidir. Onlar elə bil bizim başmızı qatıb fikir yayındırmaq üçün bura gəlmişdilər. Bizim “savadlı” komandirlər də, onların taktikasın başa düşməyib israrla təkid etdirdilər ki, biz tərəfindən onlara güllə atılmayıb. Üstümüzə gələn hərbiçilərin söylədiklərinə görə, bizə tərəf əlində ağ bayraq qaldırıb gələn komandir 709 saylı hərbi hissənin tabor komandirlərlərindən biri olan Mehman Ələkbərov olub. 709 saylı briqadanın tabor komandiri Ələkbərov Mehman Ələkbər oğlunun güllə ilə vurulma xəbərini hərbi formada olan bir neçə nəfər ildırım sürətində hərbi hissə ətrafında yaşayan əhali arasında yaydılar. Hərbi formada olan adamlar şəhərdə şiayə yayıb, əsasən arvad-uşağı qabağa buraxıb bizim üstümüzə gətirdilər. Mülki Əhalinin bizi mühasirəyə aldığını görən Alay komandiri Elmar Hüseynov, Milli Qvardiyanın komandan müavini qərargah rəisi Taryel Nəsirov çıxış yolu üçün bizə bir göstəriş vermədilər. Elə bil bu hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmışdı. Leytenat Hüseyinov İsmayıl söylədi ki, mən şəxsən bizim üstümüzə gələn mülki əhalini görüb, alay komandiri Elmar Hüseynova dedim ki, gəlin əlimizdəki zirehli döyüş maşını vasitəsi ilə hərbi hissənin hasarını uçurdub qvardiyaçıları hərbi hissədən çıxardaq. O isə, bizim hamımıza dedi ki, gəlirlər qoy gəlsinlər, biz heç kimə güllə atmamışıq. Siz sakit olun. Arvad- uşaqla bərabər bir qaz 66 markalı hərbi maşın bizə yaxınlaşırdı. Bunu görən Alay komandiri Elmar Hüseynov bizə əmr etdi ki, əlinizdəki silahları bu maşına yükləyin, silahlar mülki şəxslərin əlinə keçməsin. Düzü biz elə bildik ki, bu maşın müdafiə nazirliyinin maşınıdır. Birinci olaraq alay komandiri Elmar Hüseyinov özü silahını maşında gələn hərbiçiyə təhfil verdi. Bizə isə silahları bir-bir maşının “kuzasına” atmağı əmr etdi. Ondan sonra Qərərgah rəisi Nəsirov da silaını maşına atdı. Biz silahı təhvil verəndən bir dəqiqə keçməmiş, bir dəstə əli silahlı hərbiçi peyda oldu və bizi mühasirəyə aldılar. Bizə bildirdilər ki, qvardiyaçılar bizim briqadanın tabor komandiri Mehman Ələkbərovu 5,45 markalı aftomatla vurublar. Bunu ayırd etmək üçün sizi əsir götürürük. Hamı bir nəfər kimi, artıq əskik hərəkətlərə yol vermədən gedirik Lələnin (Surətin) yanına. Alay komandiri Elmar Hüseynov birinci olaraq qabağmıza düşüb bizi mühasirəyə alan hərbiçilərin göstərişin yerinə yetirdi. Ondan sonra biz əli silhsız qalaraq təslim olduq. Hamımızı gətirib bura doldurdular. Bir neçə saatdır ki buradayıq. İndidə sizi gətirdilər.

Ard; var.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments