Tuesday, July 22, 2025
No menu items!
HomeNewsKvabena Ovusu: "Qarabağ" və "Ferentsvaroş" eyni gücdədir"

Kvabena Ovusu: “Qarabağ” və “Ferentsvaroş” eyni gücdədir”

“Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq”.

London news-un un məlumatına görə, bunu Macarıstanın “Ferentsvaroş” komandasının futbolçusu Kvabena Ovusu “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib: “Qarabağ”ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir”.

Afrikalı forvard Macarıstan təmsilçisinin hədəflərindən də söz açıb: “Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq”.

Qeyd edək ki, bu gün baş tutacaq “Qarabağ” – “Ferentsvaroş” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Kvabena Ovusu ilin əvvəlində “köhlən atlar”dan Macarıstan klubuna keçib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments