
Təhlükəsizlik qüvvələri ABŞ Senatının binasını mühasirəyə alıb və təxliyə həyata keçirilib.
Kapitoli polisi Senatın binasında silahlı şəxsin olması barədə məlumatla axtarışlar aparır.
Polis hələlik binada atəş səslərinin eşidilmədiyini açıqlayıb.
Vaşinqton Polis Departamentinin sözçüsü Hyu Karunun jurnalistlərə bildirdiyinə görə, ABŞ Konqresinin binası kompleksində silahlı şəxsin olması ilə bağlı xəbərlər yəqin ki, yalandır.
“Həmin şəxsi tapmaq mümkün olmayıb və itki yoxdur. İçəridə silahlı şəxsin olması ilə bağlı zəng yəqin yalandır.” – Karu deyib.
NBC telekanalının məlumatına görə, təhlükəsizlik qüvvələri ABŞ Senatının binasını mühasirəyə alıb və təxliyə həyata keçirilib.
02.08.2023, 23:35
Kapitoliyə silahlılar basqın edib.
ABŞ KİV-ləri içəridə silahlının olması ilə bağlı məlumat yayıb.
Kapitoli polisi içəridə olanları gizlənməyə, silahlı şəxs ələ keçirilməyənə qədər ortaya çıxmamağa çağırış edib.
Sputnik