Monday, July 21, 2025
No menu items!
HomeNewsKəlbəcərdə həlak olan hərbçiyə şəhid statusu verildi

Kəlbəcərdə həlak olan hərbçiyə şəhid statusu verildi

Bir neçə gün əvəl Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Emin Eldəniz oğlu Əliyevə “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.

Xatırladaq ki, iyulun 22-si Kəlbəcər rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus MAZ markalı avtomobil aşıb. Qəza nəticəsində baş əsgər Emin Eldəniz oğlu Əliyev vəfat edib, leytenant Əli İlyas oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments