Monday, July 21, 2025
No menu items!
HomeNewsİranın şimalında 4,7 maqnitudalı zəlzələ baş verib

İranın şimalında 4,7 maqnitudalı zəlzələ baş verib

İranın şimalında 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Öz növbəsində “Xəbər-onlayn” agentliyi zəlzələ faktını təsdiqləyib və İran Qızıl Aypara Cəmiyyətinin iki dəstəsinin hadisə yerinə göndərildiyini, xilasetmə təşkilatının yerli bölməsinin bütün üzvlərinin isə tam hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments