
Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri azadlığa buraxılıblar.
Bu barədə “Report”un Naxçıvan bürosuna onların ataları məlumat verib.
Bildirilib ki, rayon sakinləri – Vüsal Quliyev və Rövşən Seyidov ötən gün 5 ay saxlanıldıqları həbsxanadan azadlığa buraxılıb.
Həmin şəxslər artıq Vətənə qayıdıblar.