Sunday, July 20, 2025
No menu items!
HomeNewsErmənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırırıq-Stefan Dujarrik

Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırırıq-Stefan Dujarrik

“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq”.

Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında “Report”un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma “seçkilər”lə bağlı sualını cavablandırarkən deyib.

Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments