Tuesday, July 22, 2025
No menu items!
HomeNewsDeputat Aydın Hüseynov: Ermənistan özünü terrorçu dövlət kimi aparır, Ermənistan Atom Elektrik...

Deputat Aydın Hüseynov: Ermənistan özünü terrorçu dövlət kimi aparır, Ermənistan Atom Elektrik Stansiyası bütün dünya üçün təhlükədir

“Ermənistan 44 günlük müharibəyə qədər də, bu gün də özünü regionda terrorçu dövlət kimi aparır. Rəsmi İrəvanın həyata keçirdiyi və özünün də ən böyük silahı hesab etdiyi ekoloji terrordan əziyyət çəkən ölkələrin sayı da artıb. Bu ölkə qonşularına hansı fəlakətlər yaşatmayıb? İlk olaraq Metsamor Atom Elektrik Stansiyasının törədə biləcəyi fəlakəti təsəvvür edək. Bu AES ötən əsrin 70-ci illərində SSRİ tərəfindən inşa edilib və demək olar ki, ömrünü başa vurub. Buna baxmayaraq ermənilər son anına qədər bu qurğunu tam gücü ilə işlətmək niyyətindədirlər. Hətta bu AES-də istehsal olunan elektrik enerjisini Ermənistan qonşu ölkələrə də satır. Bu qədər təzyiq altında işləyən stansiyada bir gün qəzanın baş verəcəyini də gözləmək olar. Çernobıl AES-dən heç də geri qalmayan Metsamor stansiyasında qəza baş verərsə Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran, Qara, Aralıq, Xəzər dənizi hövzələrindəki ölkələr fəlakət zonasına düşər. Məsələ burasındadır ki, Ermənistan AES-dəki problemləri aradan qaldıracaq gücdə də deyil”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, növbəti ekoloji terror Ermənistanın yeraltı mədənlərdən çıxarılan filizlərin istehsalında yol verdiyi texnoloji qüsurlar zamanı yaşanır: “Misal üçün, Kacaran mis-molibden kombinatından Oxçuçaya axıdılan zərərli tullantılan səbəbindən Azərbaycan ərazilərinə qədər uzanan çayda canlı orqanizm demək olar ki, qalmayıb, məhv olub. Azərbaycan tərəfi məsələni beynəlxalq təşkilatlara qədər dəfələrlə çatdırsa da ekoterror bu gün də davam edir. Ermənistanın yaratdığı bu qədər ekoloji fəlakət azmış kimi Arazdəyəndə inşa edilən metallurgiya zavodu da qonşu ölkələrə bir az daha çox ekoloji problemlər yaşadacaq. Bununla bağlı Azərbaycan müxtəlif kürsülərdən Ermənistanın bu qanunsuz əməllərinin dayandırılması barədə çağırışlar edilsə də proses hələ də davam edir. Ölkəmizin etirazı səbəbsiz yerə qəbul edilmir. Nəticə də acınacaqlıdır. Arazdəyən metallurgiya zavodunun tullantılarının da Araz çayına axıdılacağı istisna edilmir. Çünki, zavodun inşa ediləcəyi yerin seçilməsində bu faktor rol oynayıb”.

Ermənistan Atom Elektrik Stansiyası  dünyanın ən etibarsız reaktorlarından biridir.

Ermənistan Atom Elektrik Stansiyası — Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 30 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhəddindən 17.5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən isə 75 km məsafədə yerləşir.

Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı. 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxmışlar. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti 1989-cu il yanvarın 15-də dayandırılmışdı. İstifadəsi dayandırılana qədər stansiyada 48446 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. AES dayandırıldıqdan sonra 1 nömrəli blokda buxar generatorlarının korpuslarında 2 yerdə diametri 1 metr olan kəsik tədqiqat aparmaq üçün götürüldü. Bunun nəticəsində 1 nömrəli blok istifadəyə yararsız hala düşdü. Buxar generatorlarını bərpa etmək mümkün deyil və əvəzlənməsi çox bahalıdır. AES bloklarının avadanlığı qismən komplektləşdirilmiş və satılmışdır. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə 2-ci enerji bloku işə salınıb.

 İrəvanın Moskvaya uran yanacağına görə yaranan 53 milyon dollarlıq borcu müqabilində AES-in idarə edilməsi 2003-cü ildə Rusiyanın İnter RAO şirkətinə həvalə edilib. Stansiyanın idarə edilməsi 2012-ci ildə yenidən Ermənistan dövlətinin nəzarətinə keçib. 1989-cu ilə qədər stansiyada istifadə olunmuş nüvə yanacağı qalıqları o zamankı RSFSR-ə aparılırdı. Ondan sonra meydana gələn bütün yanacaq tullantıları Metsamor AES-də Fransanın AREVA şirkəti tərəfindən tikilmiş xüsusi saxlama anbarında, istifadə olunmayan ilk enerji blokunun reaktorunda, həmçinin yanacaq saxlanma hovuzunda saxlanılır. İstifadə olunmuş uran yanacağından xüsusi məqsədlər üçün istifadə olunan plutonium əldə etmək olar. Ermənistan tərəfi istifadə olunmuş yanacaq qalıqlarının Rusiyaya daşınması haqqında danışıqlar aparır. 2019-cu il üçün yanacaq tullantılarının saxlanma anbarının 20%-i dolub. Həddən artıq çox radioaktiv olduğu üçün tullantıları təyyarə ilə daşınması mümkün deyil, quru yolla Gürcüstan üzərindən tullantıların daşınması isə siyasi səbəblərə görə mümkün olmur. 2020-ci ildə başa çatan quru nüvə yanacağı anbarının istismarına dair lisenziya daha 30 il müddətinə uzadılacaq.

Zavod 8 bal gücündə zəlzələnin baş verə biləcəyi bölgəyə yaxın, Şərqi Anadolu sınma xətti üzərindəki aktiv seysmik zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma xətti mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. Lakin, o yalnız 7 bal gücündə zəlzələlərə müqavimət göstərə bilmə gücündə quraşdırılıb.Təhlükəsizlik baxımından, mənfi cəhətlərdən biri kimi qəza zamanı yüksək dağlıq ərazidə yerləşən və qorunma qalxanına malik olmayan stansiyanın 2-ci reaktorunun soyudulması ilə bağlı problem də qeyd edilir. 2004-ci ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının “bütün bölgə üçün təhlükə” törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdi. Bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməmişdi, buna cavab olaraq Ermənistan da Metsamoru bağlamayacağını elan etmişdi

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments