
Çilili futbolçu Xordi Tompson Azərbaycanda oynaya bilər
London news-un “emol.com”a istinadən məlumatına görə, “Kolo-Kolo” klubunun hücumçusu Premyer Liqa təmsilçisindən təklif alıb.
19 yaşlı forvardla maraqlanan komandanın adı qeyd olunmayıb. O, həmçinin Portuqaliyanın “Çaves” klubunun da gündəmindədir. Tompson da karyerasını Avropada davam etdirmək üçün klubundan icazə istəyib.
Qeyd edək ki, Xordi Tompson Çilinin U-20 yığmasının üzvüdür.