Monday, July 21, 2025
No menu items!
HomeNews"Azərbaycanın Acı Həqiqətləri və TƏRTƏR TERRORU" ağır işgəncələr görən Gizir İsmayıl Hüseynov

“Azərbaycanın Acı Həqiqətləri və TƏRTƏR TERRORU” ağır işgəncələr görən Gizir İsmayıl Hüseynov

Nəsimi Sadıqovun “AZƏRBAYCANIN ACI HƏQİQƏTLƏRİ VƏ TƏRTƏR TERRORU” kitabından kiçik parça

Azərbaycan xalqı mövcud olduğu zamandan bu yana TƏRTƏR TERRORU kimi ağır, təhqiramiz başqa bir terrora məruz qalmamışdır. Azərbaycan tarixində Azərbaycan xalqına qarşı bir çox ağır terrorlar törədilmişdir. Belə ki, Azərbaycan ərazisində – Şəhər və qəsəbələrində, dinc əhali olduğu yerlərdə, avtobuslarda, metroda, qatarlarda radikal, faşist erməni millətçiləri bombalar partladaraq uşaqları, qadınları, mülkü şəxsləri qətlə yetirərək Azərbaycan xalqına qarşı terror aktları həyata keçirmişdirlər. 20 Yanvar 1990-cı ildə rus əsgərlərinin Bakıda uşaqları, qadınları, mülkü şəxsləri tankların altında əzərək, güllələyərək Azərbaycan Xalqına qarşı törəddikləri Qara Yanvar qətliamı digər terror aktlarından biridir. Azərbaycan Xalqına qarşı törədilmiş ən ağır növbəti terrorlardan biri isə Xocalı soyqırımı, terrorudur. Xocalı soyqırımını, terrorunu Rusiya dövlətinin Müdafiə Nazirliyinin ”366-cı Motoatıcı Alayı”nın əsgərləri və radikal, faşist erməni millətçiləri törədmişdirlər. Xocalıda olan uşaqları, qadınları, qocaları, mülkü şəxsləri işgəncə verərək kütləvi şəkildə qətlə yetirərək Azərbaycan xalqına qarşı soyqırım – Terror aktı həyata keçirmişdirlər. Xocalı terroru zamanı erməni və rus terrorçuları hamilə qadınların qarnını kəsərək, ananın qarnından doğulmamış uşağı çıxararaq başını kəsərək, uşağın kəsilmiş başını yenidən ananın qarınına qoyaraq ananın qarnını tikmişdirlər. Onlar körpə uşaqların əllərini divarlara mismarlayaraq gözləyirmişlər ki, uşaqların nə zaman həyatlarını itirdiklərini görsünlər. Bu məxluqlar Xocalı terrorunda hətta uşaqları böyük dəmir borulara dolduraraq, borunun hər iki tərəfini qaynaq etmiş və dağın zirvəsindən aşağı buraxaraq kütləvi şəkildə uşaqları qətlə yetirmişdirlər.

Yuxarıda Azərbaycan Xalqına qarşı törədilmiş bir neçə terrorlardan sadəcə olaraq bir neçə faktları, epizodları yazdım. Azərbaycan xalqına qarşı törədilmiş ən ağır terrorlardan bir digəri isə TƏRTƏR TERRORU-dur. TƏRTƏR TERRORU zamanı 2 mindən çox (Bu say dəfələrlə çoxdur. Çünki ağır işgəncə görmüş, zorlanmış insanlar onlara və ailələrinə qarşı edilən hədə-qorxulara görə qorxularından, məruz qaldıqları işgəncələrdən psixoloji vəziyyətlərinin yerində olmamasından ötəri onlara qarşı törədilən terror haqqında danışmırlar.) hərbçi və mülkü şəxslər ağır işgəncələrə məruz qalmış, onlarla insan dözülməz işgəncələrə məruz qalaraq vəhşicəsinə qətlə yetirilmişdirlər. TƏRTƏR TERRORU zamanı insanlara verilən işgəncələrin dünyada analoqu, oxşarı yoxdur.

2017-ci ilin Aprel ayından başlayaraq Azərbaycan hakimiyyətinin bir çox hissələrini işğal etmiş cinayətkar və terrorçu dəstə Azərbaycan xalqına qarşı TERROR törədmişdir. Əvvəlcədən planlaşdırılaraq 2 mindən çox Azərbaycan hərbçilərini və mülkü şəxsləri oğurlayaraq, məhkəmə qərarları olmadan tutaraq, əvvəlcədən hazırladıqları işgəncə məkanlarına apararaq həbsdə saxlamışdırlar. Hərbçilərin və mülkü şəxslərin geyimləri tamamilə çıxarılaraq əlləri ilə ayaqları bağlanmış və onlara ağır işgəncələr verilmişdir.

TƏRTƏR TERRORU zamanı 2 mindən çox Azərbaycan hərbçisinə və mülkü şəxslərinə verilən işgəncələrin bəziləri bunlardan ibarət olub: İnsanların cinsiyyət orqanlarına elektrik cərəyanı verilərək işgəncə verilməsi; insanların arxa keçəcəklərinə butulka, ağac, dəmir lom və digər küt alətləri soxularaq, zorlanaraq işgəncə verilməsi; insanların suda boğulması; insanların geyimsiz bədənlərinə plastik əşyaların yandırılaraq tökülməsi; insanların dişlərinin çəkilməsi; insanların qol və ayaqlarının sındırılması; insanların binanın yüksək mərtəbəsindən aşağı atılması və insanın binanın yüksək mərtəbəsindən təkrar aşağı atılaraq qətlə yetirilməsi; işgəncəyə məruz qalanların boru və digər küt alətlərlə vurulması və digər ağır işgəncə növləri… Həmin cinayətkar terrorçu dəstə bu işgəncələri videolara çəkərək öz sifarişçi rəhbərlərinə təqdim etmişdirlər.

Həqiqətdə isə işgəncə görən şəxslərin heç bir günahı və cinayəti olmayıb. Onların günahı sadəcə öz dövlətini, xalqını və millətini öz canlarəndan çox sevən Azərbaycanın qəhraman vətəndaşları olmasıdır.

Beləliklə, 2 mindən çox insana işgəncə verdikdən və 10-dan çox insanı işgəncə verərək qətlə yetirdikdən sonra isə işgəncə verilən insanların çox hissəsindən rüşvət və pul aldıqdan sonra həmin cinayətkar terrorçu dəstə işgəncə qurbanlarını girovluqdan azad etmişdirlər. Bu cinayətkar terrorçu dəstəyə pul vermək imkanı olmayan insanlara isə saxta cinayət işləri tərtib edilərək uzun müddətli həbsə göndərilmişdirlər. Həmin insanlara saxta ittihamlar bundan ibarət olub ki, guya həmin insanlar dövlətə xəyanət etmiş, hərbi texnikaları, avadanlıqları və dövlət sirri olan məlumatları düşmən tərəfə satıblar. Həmin insanlara bir digər saxta, inanılmaz ittiham da bundan ibarət olub ki, guya Azərbaycan hərbçiləri öz tabeliyində olan əsgərləri düşmən tərəfə pul müqabilində satıblar və guya həmin hərbçilər düşmənə seksual xidmətlər göstərib. Bəzilərini isə saxta narkotik satışına və istifadəsinə görə həbs ediblər. Təbii ki, TƏRTƏR TERRORUNDA işgəncə görmüş insanlara verilən bütün ittihamlar, məhkəmə qərarları saxta və yalandır!

TƏRTƏR TERRORU zamanı ağır işgəncə görmüş Azərbaycanın qəhraman övladlarından biri də hərbçi – Gizir İsmayıl Hüseynovdur. İsmayıl Hüseynov da digər işgəncə görənlər kimi oğurlanaraq heç bir məhkəmə qərarı olmadan həbs olunmuş və ağır işgəncələrə məruz qalmışdır. Ondan tələb edilib: ”Yaz ki, düşmən tərəfə işləyirsən, dövlətə xəyanət etmişsən!” Eləcə də digər işgəncə görənlər kimi İsmayıl Hüseynovu da işəncə verərək məcbur ediblər ki, digər hərbçilərlə üzləşmədə onlara yalandan şahidlik etsin ki, həmin hərbçilər guya düşmən tərəfə məlumatlar və hərbi texnikalar satıblar. İsmayıl isə cinayətkarların b\hs etdikləri uydurma cinayətlərdə iştirak etmədiyi və o cinayətlərin etirafı barədə ifadə yazmadığı, yalandan şahidlik etmədiyi və üzə durmadığı üçün ağır işgəncələrə məruz qalmışdır.

Azərbaycanın qəhrəman övladlarından olan Gizir İsmayıl Hüseynovu yuxarıda bəhsi keçən dəstə oğurladıqdan və ağır işgəncələr verdikdən sonra İ.Hüseynovun cinayətkar terrorçu dəstənin girovluğundan pul müqabilində azad edilməsi təklifi qarşısında İ.Hüseynovun ailəsinin deyilən məbləği verə bilmədiyi üçün adı keçən hərbçi 15 il saxta ittihamla azadlıqdan məhrum edilmişdir. Dəfələrlə İsmayıl Hüseynovu və onun anasını məcbur etmişlər ki, dövlət başçısına əfv ərizəsi yazaraq prezidentdən İ.Hüseynovun bağışlanmasını xahiş etsinlər. Fəqət nə İsmayıl Hüseynov, nə də onun anası – Məhsəti xanım cinayətkar terrorçu dəstənin tələblərini yerinə yetirməmişdirlər. Çünki İsmayıl Hüseynov günahsız olduğunu və saxta ittihamla həbs olunduğunu bildirmişdir. Bu səbəbdən Gizir İsmayıl Hüseynov dəfələrlə qanunsuz həbsdə olduğu həbsxana rəhbərliyi tərəfindən cəzalandırılmışdır. Prezidentin sonuncu dəfə 10 may əfv sərəncamında da İsmayıl Hüseynov tamamilə əfv olunmamışdır. Sadəcə olaraq onun qanunsuz təyin olunmuş həbs cəzasının qalan hissəsini yarıya endirmişdirlər.

Azərbaycanın acı həqiqətlərindən biri də əfv sərəncamına adlarının düşməsi üçün insanlardan Azərbaycan hakimiyyətinin çox hissəsini işğal etmiş cinayətkar terrorçu dəstənin küllü miqdarda pul, yəni rüşvət tələb etməsidir. Təbii ki, nə Gizir İsmayıl Hüseynovun, nə də onun anası Məhsəti xanımın özü küllü miqdarda pulu olmadığı üçün Gizir İsmayıl Hüseynov həbsdə, girovluqda saxlanıldı. Amma ən ağır cinayətlər törədmiş rüşvətxor məmurlar və cinayətkar terrorçu dəstənin üzvlərinin cinayətləri prezidentin əfv sərəncamı ilə bağışlandı…

NƏSİMİ SADIQOV

ardı var…

TƏRTƏR TERRORUNU törədən cinayətkar, terrorçu dəstənin rəhbərlərini tanıyın və unutmayın…

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments