Monday, July 21, 2025
No menu items!
HomeNewsAzərbaycanda gülləkeçirməz lövhələr istehsal ediləcək

Azərbaycanda gülləkeçirməz lövhələr istehsal ediləcək

Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək.

Иu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı tərəflər arasında protokol imzalanıb.

Sənədi “Akıncılar Taktik Tekstil” şirkətinin İdarə heyətinin rəhbəri Can Uzuntəpə və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.

Həmçinin qeyd olunub ki, mütəxəssislərin birgə hazırlığı ilə bağlı proqram da qəbul olunub.

Lövhələrin Azərbaycan Ordusunda da istifadəsi nəzərdə tutulur.

C.Uzuntəpə deyib ki, istehsal işlərinin bir hissəsi Azərbaycanda həyata keçiriləcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments