
Bildiyiniz kimi, İyunun 6-da qanunsuz olaraq, heç bir psixoloji problemi olmayan, öz haqqını tələb edən İctimai fəal Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilmişdir. Xalqın etirazından sonra Ziyafət Abbasova ruhi-əsəb dispanserindən xəstəxanaya köçürüldü. Amma nədənsə psixoloji problemi olan Zamiq Bağırov, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonuna Hakim vəzifəsinə təyin edilib. Azərbaycanda DƏLİ Məhkəmə HAKİMİNİ dəlixanaya salmırlar, amma haqqını tələb edən Ziyafət Abasovanı dəlixanaya salırlar.
Bu siyasət nəticəsindədə Bakının mərkəzində, “Yeni Həyat” elit yaşayış kompleksində Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov vandalizm aktı törədib.
İnternetdə yayılan görüntülərdə Bağırovun liftin düymələrini necə sındırdığı görünür. Yüksək vəzifəli məmurun bu davranışının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Zamiq Bağırov Azərbaycan prezidentinin 2023-cü il yanvarın 12-də sərəncamı ilə hakim təyin edilib.
Həmin görüntüləri təqdim edirik: