TƏRTƏR TERRORU zamanı 8 may, Azərbaycanın Qəhraman oğlu Quluyev Elçin Mətləb oğlunun işğəncə verilərək ŞƏHİD edildiyi gündür

2017 ci il aprel ayının sonundan başlayaraq 2 mindən çox Azərbaycan hərbiçilərinə, mülkü şəxslərinə Azərbaycan hakimiyyətinin çox hissəsini işğal etmiş KQB və bolşevik agentləri, cinayətkar dəstə tərəfindən ağır işgəncələr verilmiş, 10 dan çox hərbiçilər isə işğəncə verilərək ŞƏHİD edilmişdir.
TƏRTƏR TERRORU zamanı işgəncə verilərək ŞƏHİD edilən, Azərbaycanın Qəhraman oğlu Quluyev Elçin Mətləb oğlunun anası Validə xanımın oğlu haqqında yazdıqları:

MƏN Tərtər hadisələri haqqında 1-ci hissədə ümumi danışmışdım. Sonunda oğlum haqqında sizə məlumat verəcəyimə söz vermişdim. Oğlum aparilan günü əmisigildə əmisiylə maşın təmir edirdi. Bu zaman oğluma təkrar – təkrar zəng gəlir. Onlar deyirlər ki gəl bizə bələdçilik et. Oğlumsa əmisinin yanında deyir başqa adam tapın mənim vacib işim var. Hərbçilərə su verməliyəm deyir. Görür ki əl çəkmirlər telefonla danışa – danışa çölə çıxır. Elçinin gəlmədiyini görən əmisi onun arxasınca gedir. Görürki Elçin yoxdu. Soraqlamağa başlayır. Ona deyirlər ki burdan sürətlə bir maşın keçdi. Sonradan kənd camaatlarından bir neçəsi həmin maşını gördüyünü və oğlumun səsini eşitdiklərini deyirdilər. Oğlum mənim ora nə aidiyyətim var deyirmiş. (əziz oxucularım burdan sizlərlə bir açıqlama verim mənim oglum sürücüydü bir gün də olsun post üzü görməmişdi) Oğlum onlara müqavimət göstərirmiş. Heç kim görməsin deyə onlar onun başını aşağı basırmışlar(2000 hərbiçini belə qeyri-qanuni oğurlayıb aparıblar). Hətta bir nəfər dediki kənddən çıxanda ayrı bir maşın gəlir oğlumun harasına vurmuşumuşlarsa xirildayırmış(şok vəziyyətində o biri maşına qoyublar) Biz kənddən kənarda yaşadığımız üçün heç nədən xəbərimiz olmayıb. Bizə belə bir məlumat çatdı ki nəsə bir hadisə baş verib hərbiçilərin hamısın yığıb sorğu – sual edirlər. Məndə oğlumdan arxayın olduğum üçün,əqidəsini bildiyim üçün (hətta o mənim dostum idi, biz bir ürək iki insan idik. Ana – baladan əlavə biz sirdaş idik) heç bir narahatlıq keçirtmədik. Əmisindən soruşdum ki Elçinin telefonuna zəng çatmır, niyə gəlmədi? Əmisi isə mən narahat olmayım deyə mənə dedi ki indicə Elçinin yanından gəlirəm. Oturub çay içirdik. 1-2 günə gələcək. Biz də arxayın oturduq heç bir narahatlıq keçirmədən gözlədik. May ayının 3-ü günortadan sonra oğlumu apardılar. May ayının 8-i atasını və əmilərini icra hakimiyyətinə çağırdılar. İcra hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, keçmiş polis rəisi, Babək Səmdli, bir neçə hərbiçi orada idi. Abdulla Qurbani bir neçə hərbiçinin siyahısını oxuyub və sonunda qeyd edib ki Quluyev Elçin Mətləb oğlu ölüb. Atası şok vəziyyətində deyib ki siz nə danışırsınız? Mənim oğlum niyə ölüb? Təkrar – təkrar soruşub. Bu zaman icra başçısı – Sən heç bilirsən sənin oğlun nə qələt edib? Dedikdə atası əlini stola vuraraq-Siz mənim oğlumu haradan tanıyırsız ki mənim oglum haqqında bu fikri yürüdürsüz? Atası icra hakimi ilə deyişib, bir – birinə acı kəlmələr deyiblər. Sonunda atası Babək Səmdlinin yaxasından tutaraq deyib ki “bütün batalyonu yığsan mənim oğlumun qeyrətinin yarısı qədər qeyrət tapıb çıxara bilməzsən. Deki dövlət sirri almaq üçün vurmuşam ölüb. Məndə qanını bu dövlətə halal edim. Amma sən mənim ogluma şər – böhtan deyə bilməzsən” (o vaxt elə bilirdik dövlət var. Bilmirdik ki dərəbəylikdi). Mənim pələng kimi oğlum nə səbəbə ölüb? Babək Səmdli əmisinə deyir ki guya Elçin yemək maşını sürürmüş(aprel döyüşlərində) yeməyi içinə narkotik töküblər. Əmisi deyib ki mənim qardaşım oğlu aprel döyüşlərində yemək yox maz maşını sürüb, özü də aprel döyüşlərində mənzuniyyətdə olub. Söz tapmayıb deyə (baxın ay millət bir ailəni, bir nəsli zəlil qoyublar, bir oğlu bilmirlər niyə öldürüblər) deyibki elə bilin palçığa batan olub keçəndə Elçinədə dəyib. Amma deyə biməyibki hansı palçıqdan danışır. Günü bu günə kimi üstündən 2 il 4 ay keçməsinə baxmayaraq hələ də bizə bir cavab verilməyiblər. Bütün dövlət orqanlarına təkrar – təkrar ərizələr yazmışam, teleqramalar vurmuşam, qəbullar da olmuşam(prezident, vitse-prezidentdən başqa) hamı deyir səlahiyyətim xaricindədir. Siz deyin bu dövlət orqanlarının səlahiyyətləri xaricindədirsə biz kimə müraciət edək? 2 ildi YouTube kanallarından prezidentə, vitse-prezidentə xahişlər, müraciətlər tələblər etmişəm mənə heç bir cavab verilməyib. Tərtər hadisələrinin acı dəhşətləri 3-cü hissəsində sizə Azərbaycan məhkəmələrindən danışacam.
Tərtər cinayətləri bütövlüdə Azərbaycan xalqının mövcudluguna qəsddir !