
Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkilərinin ikinci turuna səs verdikləri Türkevinə hücum olub. Naməlum şəxs əlində dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb. Türkevi ətrafında təhlükəsizlik zolağı olan Nyu York Polisi hadisə ilə bağlı araşdırma başladıb.
