Tuesday, July 22, 2025
No menu items!
HomeNewsTƏRTƏR TERRORU zamanı işgəncə verilərək qətilə yetirilən Azərbaycan hərbiçisi Mehman Hüseynov

TƏRTƏR TERRORU zamanı işgəncə verilərək qətilə yetirilən Azərbaycan hərbiçisi Mehman Hüseynov

Mehman Hüseynov, Tərtərdə yerləşən 703 saylı hərbi hissənin kəşfiyyatçısı idi. Aprel döyüşlərində Talış kəndin düşməndən azad edilməsində fəal iştirak etmiş, kəndin azad edilməsinə aid videolar çəkmişdir. Ancaq Talış və Seysulan kəndləri yenidən düşmənə təslim edilir. Aprel döyüşlərindən dərhal sonra Mehmanı 15 günlük həbs edirlər.
Hadisədən 1 il sonra “TƏRTƏR İŞİ” adında başlanmış saxta istintaq prosesində, yəni 1 may 2017-ci il gecə saat 1-dən sonra Mehmanın evinə gələn cinayətkar dəstə üzvləri, məzuniyyətdə olan Mehmanı zorla evindən çıxarıb, işgəncə məkanına aparırlar. Mehmana verilən işgəncələr: “Döymə, suda boğma, toka vermə (elektrik), butulka və digər alətlər ilə zorlama, dırnaqlarını və dişlərini çəkmək, ətin qoparmaq, sümüklərin qırmaq və s. işgəncə növləri…”
Mehmanı suda boğarkən, suya elektrik veriblər və nəticədə Mehmanın hər iki gözü partlayıb, yerindən çıxıb. Mehmana işgəncə verənlərin arasında 1-ci Ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov da iştirak edib. İşgəncə prosesi zamanı Mehmana məcbur edirlərmiş ki, o erməniyə işlədiyin boynuna alsın. Guya erməniyə cinsi istismar üçün 300 dollara əsgər satıb və ermənilər də həmin əsgərləri zorladıqdan sonra yenidən Mehmana təhvil verib. Həmçinin Mehman Tərtər rayonunda kirayə ev tutub və bacıları həmin evdə erməniyə fahişəlik xidməti göstərib. Verilən bütün işgəncələrə baxmayaraq, Mehman istintaq orqanlarının bu iyrənc təkliflərin qəbul etməyib. Axırda Mehmanı həyatyoldaşı və bacıları ilə şantaj ediblər. Əgər onların bu iyrənc təklifin qəbul etməsə, həyatyoldaşın və bacısın istintaqa gətirib, zorlayacaqlar. Bütün bu vəhşilikdən sonra əli-ayağı bağlı, gözləri kor Mehmanı 2-ci mərtəbədən yerə atıb, öldürürlər. Ölüm səbəbi kimi isə qeyd edirlər ki, Mehman xain idi, özü intihar etdi.
5 may 2017-ci ildə Mehman Hüseynov dünyasın dəyişir.
8 may 2017-ci ildə Mehmanın cəsədin Tərtər rayon İcra Hakimiyətinin binasından çıxarıb, qardaşı Qaraxan Hüseynova təhvil verirlər.
Mehmanın tabutun açan qardaşı Qaraxan Hüseynov deyir ki, “Gözləri yerində yox idi, bədəni yarılmış, kəfən qan içində, arxa dişləri yox idi, başının arxası cırılmış, alının ortasında böyük batıq var idi, əlləri və qolları da qırıq idi.”
Tərtər rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədovun göstərişi ilə Mehman Hüseynovu qəbirsanlıqdan kənarda Ekskavator ilə dərin quyu qazıb, basdırırlar. Müstəqim Məmmədov göstəriş verir ki, heçkim Mehmana yas saxlamasın və bütün qohumlar üzün qırxsın. Mehmanın qəbiri də ziyarət edilməsin.
Hadisə zamanı qardaşından xəbər almağa gələn bacısı Gülnarə Hüseynova isə Tərtər rayonu polis şöbəsinin qarşısında Hikmət Həsənovun müavini Fuad Ağayev tərəfindən küçə söyüşləri ilə təhqir edilib, döyülərək, şikəst edilmişdir.
Mehman Hüseynovun 6 dekabr 2022-ci ildə (5 il 7 ay və ya 2045 gün sonra) günahsız olduğu sübut edildi. “Gecikən ədalət, ədalət deyil…”
Düşünün ki, bu 5 ildə onun qohumları və dostları hansı təzyiqlə üzləşib, hansı çətinliyi yaşayıb. Bəraət aldı, şəhidlik verilmədi.Tərtər İşində ölənlərin hamısı ən ali şəhidlik zirvəsinə ucalmış şəxslərdir. Ruhu şad olsun!
(Azerfreedom-çular olmasaydı, heçkim Tərtər İşində bəraət almayacaqdı. Mehmanın qatilləri hələ də vəzifə başındadır.)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments