Monday, July 21, 2025
No menu items!
HomeNewsQarabağdakı qondarma seçkilər sabitliyə zərbə vuran addımdır-Ömər Çelik

Qarabağdakı qondarma seçkilər sabitliyə zərbə vuran addımdır-Ömər Çelik

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyəti bu gün prezident və partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.

Toplantıdan sonra açıqlama verən partiya sözçüsü Ömər Çelik Qarabağdakı separatçı rejim tərəfindən keçirilən qondarma seçki ilə bağlı sualı cavablandırıb.

“Qarabağdakı qondarma seçkinin legitimliyi yoxdur və Türkiyə bu seçkini rədd edir. Gürcüstan və ABŞ də rədd edir, bu, vacibdir. Onlar özbaşına seçki keçirirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə həmrəyik. Ermənistan vətəndaşlarının təcavüzdən əl çəkməsi onların da marağında olacaq. Qondarma seçkinin keçirilməsi sabitlik prosesinə zərbə vuran bir addımdır. Türkiyə Qarabağ savaşında olduğu kimi qardaş Azərbaycanı dəstəkləyir. Digər tərəfdən, biz regional sülhü də dəstəkləyirik. Bəzi dövlətlərin Azərbaycanın haqlı münasibətinə qarşı gərginliyi artıran bəyanatlarının həqiqətə uyğun olmadığını düşünürük”, – deyə Çelik bəyan edib.

Haber Global

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments