Monday, July 21, 2025
No menu items!
HomeNewsTürkiyə və Yunanıstanın XİN başçılarının görüşü baş tutub

Türkiyə və Yunanıstanın XİN başçılarının görüşü baş tutub

Türkiyənin xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.

Görüş Ankarada keçirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşəcək.

“A Haber” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.

“Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim atmosferi davam etdirəcək addımlar atıla bilər”, – məlumatda qeyd olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments