
Rusiyalı yarımmüdafiəçi Reziuan Mirzov “Neftçi”yə keçəcək.
Bu barədə Rusiyanın “Çempionat” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Hazırda Mirzov azad agent statusundadır. 30 yaşlı futbolçunun son klubu “Ximki” olub.
Futbolçu 2020-ci ildən “Ximki”nin heyətində çıxış edib, Moskva vilayətinin komandasında 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. Ötən mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.