Monday, July 21, 2025
No menu items!
HomeNewsAzərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək-Hikmət Hacıyev

Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək-Hikmət Hacıyev

“Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə – “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi addımların heç bir mənası yoxdur:

“Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments