Tuesday, July 22, 2025
No menu items!
HomeNewsErmənistanın yeni təxribatı azərbaycanlı hərbçinin yaralanmasına səbəb olub

Ermənistanın yeni təxribatı azərbaycanlı hərbçinin yaralanmasına səbəb olub

This image has an empty alt attribute; its file name is image-366.png

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

“Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments