Tuesday, July 22, 2025
No menu items!
HomeNewsAzərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov Qarabağ ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına yönəlmiş əvvəlcədən razılaşdırılmış addımların praktiki icrasını müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı ən aktual beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb. Qarabağ ətrafında vəziyyətin mümkün qədər tez deeskalasiyası, o cümlədən daha əvvəl prinsipcə razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb”, – Rusiya XİN-in bəyanatında deyilir.

Qurum əlavə edib ki, “Bakı ilə İrəvan arasında münasibətlərin davamlı şəkildə normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə alternativ yoxdur”.

“Nazirlər bu sahədə konkret işin siyasi təbliğatla əvəzlənməsi cəhdlərinin əks-məhsuldarlığı barədə ümumi rəy bildiriblər”, – məlumatda qeyd edilib.

TASS

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments