
Rusiyanın Azərbaycandakı səfirliyi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə bağlı elektron başsağlığı kitabı açıb.
Bu barədə Rusiya səfirliyi “X”də məlumat yayıb.
“Avqustun 15-də Mahaçqalada onlarla vətəndaşımızın, o cümlədən uşaqların həyatını itirməsinə səbəb olan dəhşətli faciə ilə əlaqədar səfirlik “[email protected]” ünvanında elektron başsağlığı kitabı açıb”, – paylaşımda qeyd edilib.
Xatlrladaq ki, bu gün, yəni avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 30 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb.
Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıstanın Səhiyyə Nazirliyi ölənlər arasında 3 uşağın olduğunu açıqlayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir neçə saat sonra 600 kvadratmetr ərazini əhatə edən yanğın söndürülüb.