
Bu gün Pakistanda Müstəqillik Günü ilə bağlı keçirilən mərasim faciə ilə nəticələnib.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, mərasim zamanı havaya atəş açılması nəticəsində 2 nəfər ölüb, 50 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb.