Tuesday, July 22, 2025
No menu items!
HomeNews“İnter Mayami”nin təmizlik işçisi Messiyə görə qovuldu

“İnter Mayami”nin təmizlik işçisi Messiyə görə qovuldu

MLS-in “İnter Mayami” klubunun təmizlik xidmətinin əməkdaşı Kristian Salamanka hücumçu Lionel Messidən avtoqraf aldığına görə tutduğu vəzifədən qovulub.

Məlumata görə, Salamanka Messi ilə stadionun dayanacağında görüşüb, bundan sonra onu səsləyib.

“İş paltarımın düymələrini açdım, altında Argentina yığmasının köynəyi var idi. O imzaladı, sonra mühafizə gəlib məni işdən çıxardı. Lakin buna dəyərdi”, – Salamanka bildirib.

Qeyd edək ki, “İnter Mayami”nin ev stadionunun işçilərinə iş prosesində ulduzlarla təmasdan qaçmaq barədə işə götürülməzdən əvvəl xəbərdarlıq edilir.

La Nacion

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments