Tuesday, July 22, 2025
No menu items!
HomeNewsKEVİN MEDİNA TÜRKİYƏ KLUBUNUN HƏDƏFİNDƏ

KEVİN MEDİNA TÜRKİYƏ KLUBUNUN HƏDƏFİNDƏ

Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı avqusta qədər transfer etmək niyyətindədir.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hasan Yavuz məlumat verib.

Klub rəsmisi bildirib ki, “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la oyunu gözləyiblər: “Medina çox dəyərli futbolçudur. Həm oyunçunun özü ilə, həm də “Qarabağ”la görüşümüz olub. Danışıqları yekunlaşdırmaq üçün “Linkoln”la görüşü gözləyirdik. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da mətbuata açıqlamasında Kevin Medina üçün ciddi təkliflər aldıqlarını açıqlayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments