Tuesday, July 22, 2025
No menu items!
HomeNews"Yurqorden" rəsmisi: "Musa Qurbanlı qol vurmağı sevən tipik 9 nömrədir"

“Yurqorden” rəsmisi: “Musa Qurbanlı qol vurmağı sevən tipik 9 nömrədir”

“Musa qol vurmağı və yaranan fürsətlərdən istifadə etmək üçün cərimə meydançasında qalmağı sevən tipik 9 nömrədir. O, bunu “Qarabağ”la daxili çempionatda fantastik göstərici ilə sübut edib”.

Bunu İsveç təmsilçisi “Yurqorden”in idman direktoru Maqnus Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferi barədə klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, 21 yaşlı hücumçu ambisiyalarını aydın dərk edən çox müdrik və məqsədyönlü futbolçudur: “Seçimində çox diqqətli davrandı. Haqqında çoxlu şayiə dolaşırdı. Bir neçə gündür Stokholmdadadır, klubla, buradakı mühitlə tanış olub. Həmçinin, “Varberq”lə son oyunumuzu izləmək imkanı qazanıb”.

Klub rəsmisi gənc forvardın Stokholm təmsilçisinə keçidinin necə baş tutmasından da söz açıb: “Musa atasının baş məşqçisi olduğu “Qarabağ”da çıxış edirdi. Uzun müddət sıx dialoqumuz oldu. Hətta deyərdim ki, son mərhələ daha gərgin alındı. Burada əsas qığılcım Azərbaycan təmsilçisinin Avropa Liqasını tərk etməsi və Konfrans Liqasında “Gent”ə uduzması oldu. Biz qrupdakı hər iki matçda Belçika klubuna qalib gəlmişdik. Musa atası ilə komanda seçimini müzakirə edərkən artıq bizim haqqımızda yaxşı təsəvvürə malik idilər. Bu, ailəni “Yurqorden”in yaxşı və inkişaf edən komanda olduğuna inandırmağa kömək etdi. Onlar başa düşdülər ki, bu klub Qurbanlının gələcəkdə Avropanın daha yüksək liqalarına keçməsinə səbəb ola bilər”.

Anderssonun sözlərinə görə, azərbaycanlı futbolçu “Yurqorden”də iyunun 17-də “Malmö”yə qarşı keçirəcəkləri ölkə çempionatının XVI tur oyununda debüt edəcək.

Qeyd edək ki, Musa Qurbanlı İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments