Tuesday, July 22, 2025
No menu items!
HomeNewsBu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb - YENİLƏNİB

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb – YENİLƏNİB

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.

07:00

Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.

Daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınacaq.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Hazırda isə Laçında məskunlaşan sakinlərin sayı 213 nəfər, ailələrin sayı isə 55-ə çatıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments