Monday, July 21, 2025
No menu items!
HomeNewsMilli Qvardiya Zabiti Əzizağa Süleymanov: iyun 93-cü il, Gəncə Qiyamı, heç bir...

Milli Qvardiya Zabiti Əzizağa Süleymanov: iyun 93-cü il, Gəncə Qiyamı, heç bir yerdə oxumadığınız, eşitmədiyiniz tarixi sirlər

1-ci hissə

Gəncə hadisələrinin ilk günü. Qələmə aldığım xatirələrimdən bir epizod.

Xatırladaq ki, 1993-cü ildə Qarabağda kəskin müharibənin gedişi zamanı İsa Qəmbərin prezident Əbülfəz Elçibəyə onu müdafiə naziri təyin etməsi üçün təklif etdiyi, ancaq prezidentin bu təklifi qəbul etmədiyi barədə açıqlamalar verilib. Bu barədə ilk dəfə AXC iqtidarının baş naziri Pənah Hüseyn vaxtı ilə “7 gün” qəzetinə müsahibəsində demişdi. P.Hüseyndən sitat: “Bu, İsa bəyin öz təklifi idi. Həmin dövrdə vəziyyət olduqca ağırlaşmışdı. Kəlbəcər rayonunun işğal olunması və Füzuli ətrafında ağır döyüşlər zamanı İsa bəy təklif etdi ki, o Ali Sovetin sədri vəzifəsindən getməyə hazırdır. Belə hesab edirdi ki, dövlətin bütün qüvvələrinin müharibəyə səfərbərliyi üçün yüksək nüfuza malik şəxsin Müdafiə Nazirliyinə başçılıq etməsi vəziyyətdən çıxış olardı. Lakin Elçibəy belə hesab etdi ki, İsa Qəmbərin Ali Sovetin sədri kimi qalıb işləməsi daha vacibdir”.

İsa Qəmbərlə mənə veiləsi Milli Qəhrəman adının fərmanı İsa bəyin təvazökarlıq etməsi səbəbindən prezident fərmanı elan edilməmişdi. İsa bəy öz adını fərmandan çıxartdırmaq istəmişdi. Buna görə də Elçibəy tərəfindən verilmiş fərmanın mətbuatda elan edilməsi ləngidilmişdi. Sonra isə iyun qiyamı baş verdi və hakimiyyət dəyişdi.

28 may 1993 cü il tarixində Azərbaycan Respubilikasının Müstəqillik günü yaxınlaşırdı Milli Qvardiyanın şəxsi heyəti o cümlədən Milli Qvardiya komandanı Tahir Məmmədov o qədər həvəslə bu bayramın təntənəli şəkildə qeyid olunmasına hazırlaşırdı ki, bunu dillə təsvir etmək çox çətin idi. Xüsusi olaraq Milli Qvardiya alayının hərbi mükəlləfiyətli əsgərlərinin geyim formasının hazırlanmasında milli hərbi geyim atributlarının eskizləri hər tərəfli nəzərə alınmışdı. Geyim formaları hazırlamaq üçün xarici ölkələrin birindən çox bahalı qiymətə yun parçalar gətirilmişdi. Bakı şəhərində bu işə hərbi paltarları tikmək üçün çox məşhur hərbi paltar tikən ustalar cəlb olunmuşdu. Qardaş Türkiyə ölkəsindən dəvət olunmuş hərbi mütəxəsislər hərbi mükəlləfiyətli əsgərlərlə gecə gündüz təlim məşq keçirdilər. Azərbaycan Respublikasının müstəqillik tarixində dövlət atributlarından biri olan Milli Qvardiya əsgərləri ilk dəfə olaraq milli geyim formasında 28 may müstəqilik günü münasibəti ilə Hərbi paradda iştirak edəcəkdilər.

31 may 1993-cü il tarixində axşam təxminən saat 20-21 radələrində qvardiya üzrə həyacan siqnalı verildi. Təcili olaraq şəxsi heyyətin döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə Milli Qvardiya komandanı Tahir Məmmədovun adından əmr elan edildi. Əsilində Tahir Məmmədova yaxın olan az adam bilirdiki komandan 30 may tarixində ölkə prezidentinə ailə qurmaq niyyətini bildirmişdi Əbülfəz bəyin razılığı ilə 30-31 mayda sevdiyi qızın evinə el adəti ilə ata anasının iştirakı ilə nişan üzüyü aparmalı idi. Buna görədə Tahir bəyn Gədəbəyə getdiyini dar çərşivədə bilən vardı. Qısa hazırlıq yoxlanışından sonra şəxsi heyyət həmin gün Gəncə-Şəmkir istiqamətində səhər yola düşmək üçün evə buraxıldı. Bu təcili toplanışın nədən qaynaqlandığı barəsində heç kimə məlumat verilmədi. Alay komandiri səviyyəsində Şəmkir rayonunda hərbi təlim keçiriləcəyi barədə məlumat verildi. Milli Qvardiyanın qərargah rəisi polkovnik leytenant Taryel Nəsirovdan soruşanda ki, ezamiyyətə kimlər gedəcək, o mənə rusca- (eta ne tvoya dela toçno znayu tı ne poyediş) bu sənin işin deyil, dəqiq bilirəm ki, sən getməyəcəksən-dedi. Qərargah rəisi Nəsirovun bu sözü mənə toxunsada onun mahiyyətinə varmadım. Mənə hər şey aydın idi, çünki 22 mart 1993- cü il tarixindən 28 mart tarixinə kimi prezident sərəncamına əsasən Gəncə şəhərində hərbi komendat vəzifəsini içra etmişdim. Kimin kim olduğunu bilirdim, artıq söz deməyin mənası yox idi. Taryel Nəsirovun xəyalına belə gələ bilməzdi ki, mənim onun və Elmar Hüseynovun dövlət əlehinə təşkil olunmuş gizli toplantılarda iştirak etmələrindən xəbərim var. Milli Qvardiyanın Gəncəyə nə üçün getdiyini onlar mənə deməsələr də, Nə üçün getdiklərini yaxşı bilirdim. Lakin Milli Qvardiya döyüşçülərinə rəhbərlik edən komandir heyətdən şübhələnirdim. Şübhələrim səbəbsiz deyildi. Onu dəqiq bilirdim ki, alay komandiri Elmar Hüseyinov heç bir vaxt Sürət Hüseynovun qiyamçı dəstəsinin üstünə getməyəcək. Məcburən getmək istəsə də, cəsarəti çatmayacaq. Milli Qvardiya Komandanı Tahir Məmmədovun həmin günlər Milli Qvardiyanın Qərargahınna gəlməməsi onların əlinə bir girəvə kimi düşmüşdü. Milli Qvardiya komandanının qərərgahda olmamasından istifadə edən, özünü komandan kimi aparan komandan köməkçisi Məzahir Bağırovu isə bu xal vurmuşlar istədikləri kimi o üzbə-üzə aldadırdılar. Mənim Gəncəyə getməməyim onlar tərəfindən çox düşünülmüş bir plan idi. 1 iyun 1993 cü il tarixində başda Milli Qvardiya komandanı müavini qərargah rəisi polkovnik-leytenant Taryel Əli Oğlu Nəsirov olmaqla Milli Qvardiya alayın aşağıda adları çəkilən şəxsi heyyəti Milli Qvardiyanın xüsusi təyinatlı dəstə üzvüləri ilə birlikdə Azərbaycan Respublikası prezidentinin 186 saylı sərancamına əsasən hərbi əməliyyatlarda iştirak etmək üçün Gəncə-Şəmkir bölgəsinə ezam edilərək səhər saat 7-00 da avtobuslarla yol düşmüşdülər.

Alayın idarə heyyəti üzrə

2-ci hissə

Gəncə Hadisələrinin baş vermə səbəbləri

(Heç bir yerdə oxumadığınız, eşitmədiyiniz tarixi sirlər)

31 may 1993-cü il tarixində Milli Qvardiyanın şəxsi heyyətinə döyüş həyacan siqnalı verilən günü Milli Qvardiya üzrə cavabdeh təyin edilmişdim. Spartak stadionunda qalan alayın qvardiyaçıları mənə yaxınlaşıb, məndən qvardiyanın Gəncəyə nə məqsədlə getdiklərini soruşsalar da onlara bir cavab verə bilmirdim. Onlardan biri də Taleh Qasımov və Neymət Babayev idi. Neymət Babayevin bəzi məsələlərdən xəbəri var idi. Onunla çox vaxtı bir çox məsələri mütaliə edirdik. O çox savadlı zabit idi. Mən ondan heç vaxtı sirr gizlətmirdim. Onlar məndən Qvardiyanın Gəncəyə nə üçün getdiyini soruşanda onlara bildirmişdim ki, nə səbəbə getdiklərini dəqiq bilməsəmdə bir onu dəqiq bilirəm 3 gündən sonra Qvardiyanı bu komandirlər Sürət Hüseyinova təhvil verəcəklər. Nemət Babayev gülə-gülə mənə sənin ağzından qan iyi gəlir deyə məndən uzaqlaşmışdı.

31 may tarixində Milli Qvardia üzrə cavabdeh olduğum üçün əlimə düşən bu fürsətdən istifadə edib qoravul xidmətini yoxlamaq bəhanəsi ilə pirezident aparatına getmişdim. Milli Qvardiya döyüşçülərinin alay komandiri tərəfindən Gəncədə Sürət Hüseynova təhvil veriləcəyi barəsində əldə etdiyim məlumatı birbaşa pirezidentə çardırmaq istəyirdim. Mən prezident aparatına çatanda saat təxmini 23 radələri idi. Prezident Əbülfəz Elçibəy prezident iqamətgahından çıxmaq üzrə idi. Onu müşayyət edən maşın karvanı prezident aparatının həyətində hazır vəziyyətdə durmuşdu. Əsl məqam idi. Allaha yalvardım ki, prezidentin mühafizə xidmətinin rəisi General-mayor Vaqif Axundov prezidentdən qabaq məni görməsin. Çünki o məndən xahiş etmişdi ki, Əbülfəz Elçibəy prezident aparatına gəlib gedən zaman sən bura gəlmə. Bilirəm o sənin xətrini çox istəyir. Prezident aparatının həyətində onunla görüşmək etika qaydalarına uyğun deyil. O dəfələrlə prezidentin mənlə görüşməsinin şahidi olmuşdu. Bu gün mən məcbur idim ki, prezidentlə görüşüm. Prezidentə deyəcəklərimi ona deyə bilməzdim. Prezidentdən qabaq onun mühafizəsində xidmət edən onun bacısı oğlu baş leytenant Mərdan Hüseynov həyətə çıxmışdı. O məni tanıyırdı, məni görən kimi mənə yaxınlaşıb görüşdü. Ona bildirdim ki, prezidentlə görüşmək istəyirəm, ona deyiləsi mühüm məlumat var. İndi şərait yarat onunla görüşməyə. Əgər görüşə bilməsəm Prezidentə çatdır ki, Milli Qvardiyanın komandanlığı Gəncədə Milli Qvardiyaçıları Sürət Hüseynova döyüşsüz təhvil verəcəklər. Mərdan mənə dedi ki, prezident səni məndən yaxşı tanıyır. Yaxınlaş özün, səni görən kimi çağıracaq. Bu vaxt prezident Əbülfəz Elçibəy iqamətgahdan çıxdı. Onunla birlikdə iqamətgahdan çıxan onun mühafizə xidmətinin rəisi Vaqif Axundov ona nə barədəsə məlumat verirdi. Fikiri Axundovda olan Əbülfəz Elçibəy məni görmədi. Maşına oturub çıxıb getdi. Mən Mərdan Hüseynova verdiyim məlumatı Əbülfəz Elçibəyə çatdıracağına əmin idim. Hər ehtimala qarşı həmin gün prezident aparatında Milli Qvardiyanın tərkibində xidmət aparan və prezident Əbülfəz Elçibəyin həyat yoldaşının bacısı oğlu olan Aydın Əliyevi qoravul xidmətindən azad edib, verdiyim məlumatı Mərdan Hüseynovun yadına salmaq üçün Mərdanın evinə göndərmişdim. Mərdan Hüseynovun həyat yoldaşı Aydın Əliyevin bacısı idi.

Aşağıdakı videoda eyni boz qəstumda olanların biri general Vaqif Axundovdur digəri isə Elçibəyin yaxın qohumu Mərdan Hüseynovdur

Ardı var

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments