Monday, July 21, 2025
No menu items!
HomeNewsAzərbaycan hakimiyyətini tənqid edən Ziyafət Abbasovanı hakimiyyət ilk öncə dəlixanaya, Xalqın etirazından...

Azərbaycan hakimiyyətini tənqid edən Ziyafət Abbasovanı hakimiyyət ilk öncə dəlixanaya, Xalqın etirazından sonra isə xəstəxanaya göndərdi

Hər zaman Azərbaycan hakimiyyətini haqlı tənqid etdiyinə və hakimiyyıtin qanunsuz hərəkətlərinə dəfələrlə dinc yolla etiraz etdiyinə görə Ziyafət Abbasova, hakimiyyət orqanları tərəfindən oğurlanaraq, qanunsuz olaraq  məcburi qaydada ruhi-əsəb dispanserində yerləşdirilmişdir. Ziyafət xanımın telefonu da əlindən alınıb. Onunla görüşə də icazə verilməyib.

Ziyafət Abbasovanın hüquqlarının müdafiəsi  üçün  vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlanıb.

Ziyafət Abbasova həm də yeni yaradılmış Müqavimət Hərəkatının üzvüdir. Bu qurumun Təşəbbüs qrupunun üzvü Rza Səfərsoyun yaydığı məlumata görə, Ziyafət Abbasova iyunun 6-da dispanserə yerləşdiriləndən sonra orada aclıq edib.

O, neçə vaxtdır ki, təhdid olunurdu. Ziyafət xanımın guya polisə edilən şikayətlər əsasında dispanserə yerləşdirilməsi barədə deyilənlər yalandır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib: “Hazırda onun müalicəsi davam etdirilir”.

Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxmışdı.

Üstündən 1 sutka keçəndən sonra – iyunun 7-də Daxili İşlər Nazirliyi onun ruhi-əsəb dispanserinə yerləşdirildiyini açıqlayıb.

Ziyafət Abbasova sosial media hesablarında hakimiyyəti, o cümlədən prezident və vitse-prezidenti tənqid edirdi.

Azərbaycan hakimiyyətini tənqid edən Ziyafət Abbasovanı hakimiyyət oğurlayaraq ilk öncə dəlixanaya göndərdi. Xalqın etirazından sonra isə hakimiyyət məcbur qalıb xəstəxanaya göndərdi

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments